• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibkarlar Xankəndində yaşayış binaları tikə biləcək

Sahibkarlar Xankəndində yaşayış binaları tikə biləcək
02.06.2025 15:59

Xankəndində sahbkarlar tərəfindən yeni yaşayış binaların tikilməsinə icazə veriləcək. Bu barədə APA agentliyi Xankəndi, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubovun çıxışına istinadan yazıb. 

Xüsusi nümayəndə hazırkı binaların istismar müddətinin başa çatdığını bildirib. 

Yusubov vurğulayıb ki, Xankəndində dövlət büdcəsi hesabına yox, özəl sektorda çalışanlar şəhərdə yeni yaşayış binaları tikə biləcək. 

İndiyədək Qarabağa İşğaldan azad edilən ərazilərdə 43 min 144 nəfərin köçürülməsi təmin edilib. 

Xankəndi 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusunun nəzarəti altına keçib.
 
Xankəndi 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal edildikdən sonra qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı olub. 

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən bura Rusiya sülhməramlılarının nəzarətinə keçib və sülhməramlı qüvvələrin mərkəzi qərargahı yerləşdirilib. 
 
Lokal antiterror tədbirləri nəticəsində sentyabrın 29-dan etibarədən şəhərdə Azərbaycan polisinin nəzarəti bərpa edilib. 

2023-cü il oktyabrın 15-də  Azərbaycan prezidenti İlham Əliyev Xankəndində  Dövlət Bayrağını qaldırıb.
 
Noyabrın 8-də  İkinci Qarabağ Müharibəsi qələbəsinə həsr olunmuş təntənəli hərbi parad keçirilib.
 
Qarabağın işğaldan azad olunmasından sonra 2023-2026-cı illəri əhatə edən "Böyük Qayıdış" Proqramı hazırlanıb.
 
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
 

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Cəmiyyət 11:52
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Lerik rayonunda zəlzələ olub
Cəmiyyət 11:32
Lerik rayonunda zəlzələ olub
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 08:58
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Azərbaycanda Anım Günüdür
Cəmiyyət 00:00
Azərbaycanda Anım Günüdür
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Cəmiyyət 23:30
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol