• $
  • €
  • ₽
  • ₺
  • £

Şahdəniz qaz yatağının işlənməsində növbəti mərhələyə start verilib

Şahdəniz qaz yatağının işlənməsində növbəti mərhələyə start verilib
03.06.2025 11:52

Şahdəniz konsorsiumu çərşənbə axşamı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng Şahdəniz qaz yatağının inkişafının növbəti mərhələsi olan Şahdəniz Kompressiya (ŞDK) layihəsi üzrə yekun investisiya qərarı verib.

Şahdəniz layihəsində iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%) və MVM (5,00%).

2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsi yatağın işlənməsinin əvvəlki iki mərhələsinin davamıdır. 

Layihə aşağı təzyiqli qaz ehtiyatlarının hasilatını artırmaq və ümumi resursların maksimum səviyyədə çıxarılmasını təmin etmək məqsədi daşıyır. 

Layihə təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barrelə yaxın əlavə kondensat hasilatı və ixracına imkan verəcək.

Yekun investisiya qərarının imzalanması mərasimi Bakı Enerji Həftəsi çərçivəsində keçirilib.

“Şahdəniz Kompressiya layihəsi Azərbaycanın enerji tarixində yeni və mühüm bir mərhələdir. Bu, resursların uzunmüddətli işlənməsi, texnoloji inkişaf və beynəlxalq tərəfdaşlığa sadiqliyimizi göstərir. Layihə həm regionda enerji təhlükəsizliyini möhkəmləndirəcək, həm də yerli iqtisadiyyat və işçi qüvvə üçün yeni imkanlar yaradacaq.”, - SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib.

Layihə çərçivəsində 85 metr dərinlikdə yerləşəcək, elektriklə işləyən və heyətsiz olacaq yeni kompressiya platforması (eNUI) quraşdırılacaq. 

Platforma Şahdəniz Alfa (ŞDA) və Şahdəniz Bravo (ŞDB) platformalarından hasil olunan qazın kompressiyası üçün əsas qurğu kimi xidmət edəcək və ixrac qazı Səngəçal terminalına göndərilməzdən əvvəl burada sıxılacaq.

Layihə, həmçinin, mövcud infrastrukturla əlaqəni təmin edəcək yeni sualtı boru kəmərləri və elektrik-şəbəkə kabel xətləri daxil olmaqla bir sıra köməkçi obyektlərin tikintisini nəzərdə tutur.

Tikinti işlərinin 2025-ci ilin sonlarında başlanması və 2029-cu ildə tamamlanması planlaşdırılır. İşlərin əsas hissəsi Azərbaycanda yerli resurslardan istifadə etməklə həyata keçiriləcək və təxminən 4,000 iş yeri yaradılacaq.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Cəmiyyət 11:52
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Lerik rayonunda zəlzələ olub
Cəmiyyət 11:32
Lerik rayonunda zəlzələ olub
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 08:58
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Azərbaycanda Anım Günüdür
Cəmiyyət 00:00
Azərbaycanda Anım Günüdür
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Cəmiyyət 23:30
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol