• $
  • €
  • ₽
  • ₺
  • £

İmişli hadisələrinə görə saxlanılanlara hökm oxunub

İmişli hadisələrinə görə saxlanılanlara hökm oxunub
03.07.2025 23:26

 Bu ilin yanvar ayında İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsindən sonra törədilən xuliqanlıq əməlləri ilə bağlı başlanmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 APA-nın verdiyi məlumata görə, İmişli Rayon Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, ümumilikdə 20 nəfər təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzaları təyin edilib. Onlardan bəzilərinə şərti cəza verilib.

Azadlıqdan məhrumetmə cəzası alan şəxslər:

  • Taleh Məmmədov – 4 il

  • Kənan Mejdunov – 4 il

  • Rahib Rzayev – 4 il

  • Ruslan Quliyev – 2 il

  • Sənan Əliyev – 1 il 6 ay

  • Elxan Əzimov – 1 il 6 ay

  • Abbas Bağırov – 1 il 6 ay

  • Nazim Əliyev – 1 il (şərti cəza, CM-nin 70-ci maddəsi ilə)

Azadlığın məhdudlaşdırılması cəzası alanlar:

  • Canpolad Əliyev – 1 il

  • Hüseyn Cabbarlı – 3 il

  • Elman İbrahimov – 1 il

  • Vüqar Usublu – 2 il

  • Rahib Tağıyev – 3 il

  • Fərid Seyidzadə – 3 il

  • Qoşqar Məmmədov – 3 il

  • Eldar Ağazadə – 1 il

  • Elnur Babayev – 2 il

  • Rasif Babayev – 4 il

  • Şamil Səfərov – 2 il

Cinayət işində xuliqanlıq və ictimai asayişin pozulması əməlləri araşdırılıb. Məhkəmə təqsirləndirilənlərin əməllərini sübuta yetirilmiş sayaraq, müxtəlif müddətli cəzalar tətbiq edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İmişli Şəkər Zavodunda yanğın olub
Cəmiyyət 23:10
İmişli Şəkər Zavodunda yanğın olub
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Cəmiyyət 11:52
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Lerik rayonunda zəlzələ olub
Cəmiyyət 11:32
Lerik rayonunda zəlzələ olub
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 08:58
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Azərbaycanda Anım Günüdür
Cəmiyyət 00:00
Azərbaycanda Anım Günüdür
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol