• $
  • €
  • ₽
  • ₺
  • £

Daha 359 mənzil kirayə mexanizmi ilə satışa çıxarılır

Daha 359 mənzil kirayə mexanizmi ilə satışa çıxarılır
04.07.2025 15:47

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Həmdəm Ağayev və Zəfər küçələrində yerləşən yaşayış kompleksində 79, Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə yerləşən yaşayış kompleksində 280 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir.

Bu barədə İKZF məlumat yayıb.

Məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Həmdəm Ağayev və Zəfər küçələrində inşa olunan yaşayış kompleksində yerləşən mənzillər 3 və 4 otaqlı, Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə inşa olunan yaşayış kompleksində yerləşən mənzillər isə 1, 2 və 3 otaqlıdır.

Yeni mənzillər seçim üçün 14.07.2025-ci il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət Portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalından (//www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.


İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7280 kirayə müqaviləsi bağlanılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İmişli Şəkər Zavodunda yanğın olub
Cəmiyyət 23:10
İmişli Şəkər Zavodunda yanğın olub
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Cəmiyyət 11:52
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Lerik rayonunda zəlzələ olub
Cəmiyyət 11:32
Lerik rayonunda zəlzələ olub
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 08:58
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Azərbaycanda Anım Günüdür
Cəmiyyət 00:00
Azərbaycanda Anım Günüdür
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol