• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” MMC-yə çevrilib

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” MMC-yə çevrilib
07.07.2025 10:02

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tərkibinə daxil edilən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC yenidən təşkil edilərək “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-yə çevrilib. Şirkətə Elnur Salahov baş direktor təyin olunub. Bu barədə məlumatı ADY yayıb.

Salahov 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunda maliyyə ixtisası üzrə təhsil alıb, 2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini əldə edib.

O, karyerası ərzində BMT-nin İnkişaf Proqramı, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

O cümlədən, Bakının 2020–2040-cı illər üzrə Baş planı və işğaldan azad olunmuş ərazilərin baş planlarının hazırlanmasında iştirak edib. 

Salahov ADY-də fəaliyyətə 2024-cü ilin sentyabrında başlayıb və Beynəlxalq əlaqələr departamentinə rəhbərlik edib. 

Prezident İlham Əliyevin 25 fevral 2025-ci il tarixli sərəncamına əsasən, Bakı Limanı ADY-yə qoşulmaqla yenidən təşkil olunub. Yenidənqurmanın məqsədi dəmir yolu və dəniz nəqliyyatı sahəsində əməliyyatların daha səmərəli və əlaqəli şəkildə idarə olunmasıdır.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Cəmiyyət 11:52
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Lerik rayonunda zəlzələ olub
Cəmiyyət 11:32
Lerik rayonunda zəlzələ olub
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 08:58
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Azərbaycanda Anım Günüdür
Cəmiyyət 00:00
Azərbaycanda Anım Günüdür
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Cəmiyyət 23:30
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol