• $
  • €
  • ₽
  • ₺
  • £

Hazırda 376 nəfər ikili diplom proqramları üzrə xaricdə təhsil alır

Hazırda 376 nəfər ikili diplom proqramları üzrə xaricdə təhsil alır
07.07.2025 16:50

Son 5 ildə  Azərbaycan ali təhsil müəssisələrinin xarici universitetlərlə birgə həyata keçirdiyi beynəlxalq ikili diplom proqramları üzrə 960 tələbə təhsil almaq hüququ qazanıb.  Bu barədə Elm və Təhsil Nazirliyinin 2024-2025-ci tədris ilinə dair hesabatında yer alıb.

Tələbələrin 730 nəfəri bakalavr üzrə təhsil alır. 

Tələbələrin 584 nəfəri artıq məzun olub. 

Bakı Mühəndislik Universiteti və Koreyanın İnha Universiteti ilə mühəndislik ixtisasları üzrə (informasiya texnologiyaları, elektronika, elektrik və inşaat mühəndisliyi) təhsil almaq hüququ qazananların sayı 400, məzun sayı isə 319 nəfər olub.

Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyənin Ege Universiteti ilə aqromühəndislik, bitki mühafizəsi, iqtisadiyyat və aqronomluq ixtisasları üzrə proqramda 330 nəfər təhsil almaq hüququ qazanıb. Bu proqram üzrə indiyədək 39 nəfər məzun olub.

Magistratura səviyyəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universitetinin “təhsil və insan kapitalının inkişafı” ixtisası üzrə proqramında 127 nəfər təhsil almaq hüququ qazanıb, 83 nəfər məzun olub.

ADA Universiteti və Corc Vaşinqton Universitetinin kompüter elmləri və verilənlərin analizi, elektrik mühəndisliyi ixtisasları üzrə proqramında da 124 tələbə təhsil almaq hüququ qazanıb, onlardan 83-ü artıq məzun olub.

Bakı Dövlət Universiteti ilə İsrailin Yerusəlim İbrani Universiteti arasında biotexnologiya ixtisası üzrə 20 nəfər, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə İngiltərənin Vorvik Universiteti arasında bərpa olunan enerji mənbələri üzrə isə 40 nəfər təhsil almaq hüququ əldə edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Cəmiyyət 11:52
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Lerik rayonunda zəlzələ olub
Cəmiyyət 11:32
Lerik rayonunda zəlzələ olub
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 08:58
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Azərbaycanda Anım Günüdür
Cəmiyyət 00:00
Azərbaycanda Anım Günüdür
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Cəmiyyət 23:30
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol