• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk - Yeni KlinikadaRobotik Reabilitasiya Mərkəzi açılır

Azərbaycanda ilk - Yeni KlinikadaRobotik Reabilitasiya Mərkəzi açılır
11.07.2025 17:35

Yaxın günlərdə Azərbaycanda ilk dəfə Yeni Klinikada Robotik Reabilitasiya Mərkəzi açılacaq. Bunu TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov deyib. 

Əkbərovun sözlərinə görə, mərkəzin tərkibində 30 çarpayılıq İnsult Mərkəzi, 30 çarpayılıq Neyrotravma bölməsi, həmçinin ambulator və stasionar reabilitasiya xidmətləri fəaliyyət göstərəcək.

“Mərkəzdə eksoskeletlər, yürüş analiz sistemləri, virtual reallıq (VR) texnologiyası, robotik qol-ayaq terapiyası, nevrostimulyasiya avadanlıqları və digər qabaqcıl reabilitasiya texnologiyaları tətbiq ediləcək,” –  o bildirib.

Əlavə olaraq qeyd olunub ki, mərkəzdə multidisiplinar tibbi komanda – fizioterapevtlər, reabilitoloqlar, nevroloqlar, ortopedlər, loqopedlər və psixoloqlardan ibarət olacaq. Fərdi bərpa planları və davamlı qiymətləndirmə sistemləri vasitəsilə xəstələrin reabilitasiya prosesinin effektivliyi təmin ediləcək.

Yeni mərkəz, Azərbaycanın reabilitasiya sahəsində texnoloji imkanlarının genişləndirilməsi baxımından mühüm mərhələ hesab olunur.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Cəmiyyət 11:52
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Lerik rayonunda zəlzələ olub
Cəmiyyət 11:32
Lerik rayonunda zəlzələ olub
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 08:58
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Azərbaycanda Anım Günüdür
Cəmiyyət 00:00
Azərbaycanda Anım Günüdür
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Cəmiyyət 23:30
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol