• $
  • £

Azərbaycan qazı Türkiyə üzərindən Suriyaya ixrac olunacaq

Azərbaycan qazı Türkiyə üzərindən Suriyaya ixrac olunacaq
14.07.2025 08:53

Azərbaycan Suriyada enerji böhranının yüngülləşdirilməsi məqsədilə bu ölkəyə təbii qaz ixracına başlayacaq. Qaz nəqli Türkiyə ərazisindən həyata keçiriləcək və 1 milyard kubmetr təşkil edəcək.

Bu barədə razılaşma  Suriyanın yeni prezidenti Əhməd Əş-Şəraa-nın Bakıya rəsmi səfəri və Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüş zamanı əldə olunub.

Tərəflər enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi niyyətini bəyan edibvə SOCAR ilə Suriya Ərəb Respublikası arasında Anlaşma Memorandumu imzalanıb.

Rəsmi Bakının bəyanatında qeyd olunub ki, Azərbaycan Suriyanın enerji infrastrukturunun bərpasına dəstək verməyə hazırdır.

SOCAR-ın qaz tədarükündə iştirakı Türkiyənin energetika naziri Alparslan Bayraktar tərəfindən də təsdiqlənib.

Qazın yeni Kilis–Azaz–Əl-Bab–Hələb xətti ilə daşınması planlaşdırılır. İlk mərhələdə qaz Hələbə göndəriləcək, sonrakı mərhələdə isə onun Homs şəhərinə qədər nəqli nəzərdə tutulur.

Rəsmi məlumatlara görə, Türkiyə Suriyaya illik təxminən 2 milyard kubmetr qaz tədarükünü planlaşdırır.

Bundan əlavə, Ankaranın Suriyaya 1000 meqavatadək elektrik enerjisi ixracı da gündəmdədir.

Suriya və Azərbaycan bu ilin əvvəlindən enerji əməkdaşlığı üzrə dialoqu intensivləşdirib.

Görüş zamanı həmçinin Suriyanın neft hasilatının bərpası imkanları — həm quruda, həm də Şərqi Aralıq dənizi şelfində — müzakirə olunub.

Vətəndaş müharibəsindən əvvəl Suriya gündəlik 300-400 min barel neft hasil edib.

2025-ci ilin yanvarında SOCAR Turkiye Dəməşqdə yeni hökumətlə neft-qaz sahəsində əməkdaşlıq imkanlarını araşdırmaqda maraqlı olduğunu bildirib.

Bu təşəbbüs Azərbaycan, Türkiyə və Suriyanı əhatə edən genişmiqyaslı enerji koalisiyasının formalaşmasından xəbər verir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol