• $
  • €
  • ₽
  • ₺
  • £

Anglo Asian Mining Qarabağda Demirli mis yatağında hazırlıq işlərinə başlayıb

Anglo Asian Mining Qarabağda Demirli mis yatağında hazırlıq işlərinə başlayıb
21.07.2025 11:00

Böyük Britaniyanın Anglo Asian Mining Plc. şirkəti Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Demirli mis yatağında ilk filiz hasilatına başlamaq üçün hazırlıq işlərinə başlayıb.

“Anglo Asian Mining plc Demirli mis yatağının istismara verilməsi və ilk filiz hasilatının başladığını elan edir. Hazırda istismar mərhələsi davam edir və hasilatın ilin sonuna qədər tədricən artırılması gözlənilir,” — şirkətin məlumatında deyilir.

Şirkət 2025-ci ildə təxminən 4 min ton mis konsentratı istehsal etməyi, 2026-cı ildən isə illik istehsalın 15 min tona çatdırılacağını proqnozlaşdırır. Yatağın istismar müddəti geoloji və mineral resurs modellərinin dəqiqləşdirilməsindən sonra müəyyən ediləcək.

Filiz açıq karxanada hasil olunur və avtomobil nəqliyyatı ilə emal zavoduna daşınır. Zavod ölkənin milli enerji sistemi ilə təmin olunur, su isə yerli və regional mənbələrdən alınır.

Hazırda emal tullantıları mövcud bərk tullantı anbarına yönləndirilir. Yeni anbar üçün geotexniki tədqiqatlar və bəndin, eləcə də boru xətti marşrutunun layihələndirilməsi başa çatıb.

Layihənin icrası üçün 150-yə yaxın yeni işçi işə götürülüb, təcrübəli 50 nəfər isə şirkətin digər obyektlərindən köçürülüb.

Şirkət Demirli yatağının əlavə resurs potensialına malik olduğunu, mövcud karxananın genişləndirilmə imkanlarının və ətraf ərazilərdə yeni hədəflərin müəyyən edildiyini bildirib. Yaxın zamanda genişmiqyaslı regional geoloji kəşfiyyat proqramı başlayacaq.

Təsdiqlənməmiş 2016-cı il məlumatlarına əsasən, Demirli yatağında təxminən 275 min ton mis və 3,200 ton molibden ehtiyatı mövcuddur.

Anglo Asian Mining Azərbaycanda Gədəbək və Qoşa yataqlarında da fəaliyyət göstərir. Şirkət Azərbaycan dövləti ilə 1997-ci ildə imzaladığı PSA müqaviləsi çərçivəsində 8 yatağın işlənməsi hüququna malikdir. Müqaviləyə görə, Azərbaycanın payı 51%, şirkətin payı isə 49%-dir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
İqtisadiyyat 11:43
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
İqtisadiyyat 11:40
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
İqtisadiyyat 11:34
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
İqtisadiyyat 11:32
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:04
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
İqtisadiyyat 10:00
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol