• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın sığorta bazarı böyüyüb

Azərbaycanın sığorta bazarı böyüyüb
24.07.2025 14:14

2025 ci ilin yanvar-iyununda ölkədə 16 sığorta şirkətinin xətti ilə 817,048 milyon manat sığorta haqqı toplanılıb. Bu, da ötən ilin eyni dövrü ilə müqayisdə 12,7 % çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 432,198 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,2 % çoxdur.

 6 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 49,2 manat olub.

2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilə nisbətən 25,9 % çoxdur.

Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48 manatı ödəniş edilib. Əvvəlki bu göstərici 44,6 manat olub.

Son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Azərsığorta" ASC-dir. Bu şirkət 9 ay ərzində 26,678 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 2,8 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə "Naxçıvan Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 2,126 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 21,3% çoxdur.

Azərbaycanda hazırda 20 sığorta şirkəti fəaliyyət göstərir. 

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
İqtisadiyyat 11:43
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
İqtisadiyyat 11:40
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
İqtisadiyyat 11:34
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
İqtisadiyyat 11:32
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:04
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
İqtisadiyyat 10:00
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol