• $
  • £

Tokayev Türkiyəyə yeni neft kəməri tikməyi təklif edəcək

Tokayev Türkiyəyə yeni neft kəməri tikməyi təklif edəcək
28.07.2025 15:36

 Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iyulun 29-da Ankaraya rəsmi səfər edəcək. Səfər zamanı Qazaxıstan neftinin Rusiya ərazisini keçmədən Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə ixracının artırılması müzakirə olunacaq. Bu barədə  ekspertlər bildirib.

"Kaşaqan" və "Tenqiz2 yataqlarının səhmdarları ildə 12–20 milyon ton gücə malik, Xəzər dənizi dibindən keçəcək yeni boru kəmərinin tikintisini nəzərdən keçirirlər.

Bu kəmər xüsusilə "Kaşaqan"ın ikinci fazası işə düşdükdə KTK (Xəzər Boru Kəməri Konsorsiumu) üzrə ixrac imkanlarının yetərsizliyi fonunda əlavə marşrut kimi baxıla bilər.

Bundan əlavə, Kalamkas-Xəzər, Taysoyqan və Karaton-Yarımtikili layihələrindən də əlavə həcmlər gözlənilir.

Lakin BTC ilə Qazax CPC Blend neftinin həcminin artması, Azeri Light markalı Azərbaycan neftinin keyfiyyətini aşağı sala və qiymətinə təsir edə bilər. Hazırda Bakı keyfiyyəti qorumaq üçün BTC vasitəsilə ildə maksimum 1,5 milyon ton Qazaxstan neftinin ixracına icazə verir.

Sənaye ekspertlərinin sözlərinə görə, Xəzər dənizində boru kəməri tikintisi üçün Rusiya və İranın razılığı tələb olunmur.

Bununla belə, İran Qazaxıstanla neftin svop tədarükü üzrə əməkdaşlığa hazır olduğunu bildirib.

N.Təbrizli

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol