• $
  • £

SOCAR Egey dənizindəki terminalını satmağı planlaşdırır

SOCAR Egey dənizindəki terminalını satmağı planlaşdırır
28.07.2025 18:41

“SOCAR Turkiye Energy” şirkəti 2016-cı ildən fəaliyyət göstərən Egey dənizindəki neft və neft məhsullarının ötürülməsi terminalını satmağı nəzərdən keçirir.

Terminalın illik ötürmə gücü hazırda 550 min TEU təşkil edir. 2025-ci ilin əvvəlində “SOCAR Turkiye Energy”nin rəhbəri Elçin İbadov jurnalistlərə verdiyi açıqlamada terminalın 2030-cu ilə qədər 1,5 milyon TEU həcmində genişləndirilməsi imkanlarının araşdırıldığını bildirmişdi.

Lakin Türkiyə mediasının yaydığı məlumata əsasən, şirkət Əliağada yeni poliolefin – etilen, polietilen və polipropilen istehsalı kompleksinin tikintisi ilə bağlı strategiyasını dəyişib. Layihənin dəyərinin 7 milyard dollaradək ola biləcəyi qeyd olunur.

terminal SOCAR-ın 17 il əvvəl əldə etdiyi “Petkim” kimya holdinqi və 2018-ci ildə istismara verilən STAR neft emalı zavodu üçün inşa edilib. Mənbələrin bildirdiyinə görə, terminalın mümkün satış dəyəri 500 milyon dollara yaxın ola bilər. 2016-cı ildən bu günə qədər terminala yatırılan sərmayə isə 400 milyon dolları ötüb.

Bundan əlavə, SOCAR Türkiyədə qazla işləyən hibrid elektrik stansiyasının alınması imkanlarını da araşdırır. Şirkət bu stansiyaya təbii qaz tədarük etməyi planlaşdırır.

Qeyd edək ki, 2025-ci ilin əvvəlində SOCAR Türkiyədəki “Kayserigaz” və “Bursagaz” kimi qazpaylayıcı şirkətləri əhatə edən SOCAR Turkey Dogalgaz Yatirim AŞ-ni də satıb.

Ümumilikdə, son 17 il ərzində SOCAR-ın Türkiyəyə yatırdığı sərmayələr 18,5 milyard dollardan çox olub. Hazırda şirkət əsas diqqətini sənaye istehsalı layihələrinə yönəltmək niyyətindədir.

SOCAR Türkiyə məsələyə hələlik münasibət bildirməyib. 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol