• $
  • €
  • ₽
  • ₺
  • £

DİN: İstirahət zonalarında 9 oğurluq faktı üzrə 6 nəfər saxlanılıb

DİN: İstirahət zonalarında 9 oğurluq faktı üzrə 6 nəfər saxlanılıb
03.08.2025 22:00

Yay mövsümündə hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq əhalinin çimərliklərə, meşəlik və digər istirahət zonalarına kütləvi axını nəzərə alınaraq, Daxili İşlər Nazirliyi tərəfindən bu ərazilərdə fasiləsiz polis xidməti təşkil olunub.

DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, yollarda hərəkətin təhlükəsizliyi ilə yanaşı, xüsusilə də mülkiyyət toxunulmazlığının təmin olunması məqsədilə polis əməkdaşları həm rəsmi geyimdə, həm də mülki formada aşkar və gizli şəkildə xidmət aparırlar.

Səbail rayonu ərazisində qeydə alınan 9 oğurluq faktı üzrə 5 nəfər, Sabunçu rayonunda 3 avtomobildən oğurluq faktı üzrə 1 nəfər saxlanılıb.

Tədbirlərlə nəzarətsiz qaldığına görə oğurlanan əşyalar — çantalar, qızıl-zinət əşyaları və müxtəlif məbləğlərdə pul vəsaitləri, şüşələri açıq qalan avtomobillərdən talanan digər qiymətli əşyaların zərərçəkən şəxslərə qaytarılması təmin olunub.

Bununla yanaşı, Xəzər, Sabunçu, Sumqayıt, Lənkəran, Xaçmaz şəhər və rayonlarının sahilboyu istirahət zonalarında nəzarətdən yayınan 87 uşaq polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.

Polis əməkdaşları ölkə üzrə bütün istirahət zonalarında təhlükəsizliyin təmin olunması məqsədilə xidmətlərini davam etdirirlər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib
Cəmiyyət 12:29
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib

Sabah 32 dərəcəisti olacaq
Cəmiyyət 12:27
Sabah 32 dərəcəisti olacaq
Özbəkistanın Azərbaycan üzərindən yükdaşımaları 30% artıb - nazir
Cəmiyyət 11:48
Özbəkistanın Azərbaycan üzərindən yükdaşımaları 30% artıb - nazir


Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülüb
Cəmiyyət 11:07
Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülüb
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov
Cəmiyyət 09:57
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov


Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 09:48
Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Cəmiyyət 09:22
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol