• $
  • £

İstirahət zonalarında oğurluq edən şəxslər saxlanılıblar

İstirahət zonalarında oğurluq edən şəxslər saxlanılıblar
03.08.2025 17:09

Tay mövsümündə hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq əhalinin çimərliklərə, meşəlik və digər istirahət zonalarına kütləvi axını nəzərə alınaraq, Daxili İşlər Nazirliyi tərəfindən bu ərazilərdə fasiləsiz polis xidməti təşkil olunub.

DİN-dən verilən məlumata görə, yollarda hərəkətin təhlükəsizliyi ilə yanaşı, xüsusilə də mülkiyyət toxunulmazlığının təmin olunması məqsədilə polis əməkdaşları həm rəsmi geyimdə, həm də mülki formada aşkar və gizli şəkildə xidmət aparırlar.

Səbail rayonu ərazisində qeydə alınan 9 oğurluq faktı üzrə 5 nəfər, Sabunçu rayonunda 3 avtomobildən oğurluq faktı üzrə 1 nəfər saxlanılıb.

Tədbirlərlə nəzarətsiz qaldığına görə oğurlanan əşyalar - çantalar, qızıl-zinət əşyaları və müxtəlif məbləğlərdə pul vəsaitləri, şüşələri açıq qalan avtomobillərdən talanan digər qiymətli əşyaların zərərçəkən şəxslərə qaytarılması təmin olunub.

Bununla yanaşı, Xəzər, Sabunçu, Sumqayıt, Lənkəran, Xaçmaz şəhər və rayonlarının sahilboyu istirahət zonalarında nəzarətdən yayınan 87 uşaq polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.

Polis əməkdaşları ölkə üzrə bütün istirahət zonalarında təhlükəsizliyin təmin olunması məqsədilə xidmətlərini davam etdirirlər

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil yanıb
Cəmiyyət 21:38
Bakıda avtomobil yanıb
Bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 18:10
Bu ərazilərdə qaz kəsiləcək


ARDNF-dən büdcəyə transfertlər aktivlərin idarəetmə gəlirləri səviyyəsinə endiriləcək
Cəmiyyət 17:16
ARDNF-dən büdcəyə transfertlər aktivlərin idarəetmə gəlirləri səviyyəsinə endiriləcək


Reklamlarda uşaqların görüntüsü valideynlərin razılığı ilə istifadə ediləcək
Cəmiyyət 16:40
Reklamlarda uşaqların görüntüsü valideynlərin razılığı ilə istifadə ediləcək

Bazar günü 37 mindən çox şəxs imtahan verəcək
Cəmiyyət 16:20
Bazar günü 37 mindən çox şəxs imtahan verəcək
698 пациентов с наркозависимостью проходят лечение в трёх учреждениях
Cəmiyyət 15:40
698 пациентов с наркозависимостью проходят лечение в трёх учреждениях
Şuşada Azərbaycan–Latviya iqtisadi əməkdaşlığı genişləndirilir
Cəmiyyət 15:38
Şuşada Azərbaycan–Latviya iqtisadi əməkdaşlığı genişləndirilir
3 məntəqədə narkomaniyadan əziyyət çəkən 698 xəstə müalicə alır
Cəmiyyət 14:34
3 məntəqədə narkomaniyadan əziyyət çəkən 698 xəstə müalicə alır
İyunda Bakı daha bir böyük tədbirə ev sahibliyi edəcək
Cəmiyyət 14:32
İyunda Bakı daha bir böyük tədbirə ev sahibliyi edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol