• $
  • €
  • ₽
  • ₺
  • £

Kəlbəcərdə Azərbaycan Ordusunun hərbi yük maşını minaya düşüb, 4 əsgər yaralanıb

Kəlbəcərdə Azərbaycan Ordusunun hərbi yük maşını minaya düşüb, 4 əsgər yaralanıb
06.08.2025 11:14

Kəlbəcər ərazisində təminat tapşırığını yerinə yetirən Azərbaycan Ordusuna məxsus hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən əvvəlcədən basdırılmış minaya düşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə avqustun 5-i saat 19:05 radələrində baş verib. Partlayış nəticəsində dörd hərbi qulluqçu yaralanıb və yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub. Müdafiə Nazirliyinin məlumatına görə, onların həyatlarına təhlükə yoxdur.

Baş Porkurorluqdan bildirilib ki, Kəlbəcərdə hərbi qulluqçuların mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə cinayət işi başlanılıb. 

Avqustun 5-də beş hərbi qulluqçunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

Hadisə Ermənistan silahlı qüvvələri tərəfindən əvvəlcədən basdırılmış mina ilə bağlı baş verib.

Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 
 
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib
Cəmiyyət 12:29
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib

Sabah 32 dərəcəisti olacaq
Cəmiyyət 12:27
Sabah 32 dərəcəisti olacaq
Özbəkistanın Azərbaycan üzərindən yükdaşımaları 30% artıb - nazir
Cəmiyyət 11:48
Özbəkistanın Azərbaycan üzərindən yükdaşımaları 30% artıb - nazir


Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülüb
Cəmiyyət 11:07
Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülüb
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov
Cəmiyyət 09:57
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov


Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 09:48
Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Cəmiyyət 09:22
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol