• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı yekun hesabat bir neçə aya hazır olacağı deyilir

AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı yekun hesabat bir neçə aya hazır olacağı deyilir
07.08.2025 11:14

Qazaxıstan hökuməti yaxın aylarda “Azerbaijan Airlines”a (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında baş vermiş qəzası ilə bağlı yekun hesabatı təqdim etməyi planlaşdırır. Bu barədə ölkənin baş nazirinin müavini Kanat Bozumbayevə istinadən yerli media məlumat yayıb.

“Təhlil mərhələsi başa çatır, yekun hesabatın hazırlanması mərhələsinə keçilir. Qəzanın araşdırılması üzrə yekun hesabat bir neçə aydan sonra hazır olacaq”, – Bozumbayev bildirib.

Hadisənin detalları və hesabatın dərc tarixi hələ açıqlanmayıb.

İyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunda Reuters agentliyinin sualını cavablayarkən deyib ki, Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin vurulması ilə bağlı Rusiyadan hələ də rəsmi cavab alınmayıb və rəsmi Bakı məsələ ilə bağlı beynəlxalq hüquq mexanizmlərinə müraciət etməyi planlaşdırır.

Iyulun 2-də Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov çərşənbə axşamı keçirilən mətbuat konfransında bildirib ki, Qaxaxıstanın Aktau şəhərində Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı aparılan ekspertiza nəticələrinin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

2024-cü ilin noyabrında Azərbaycan Hava Yollarına (AZAL) məxsus “ATR-72” tipli təyyarə Qazaxıstanın Aktau şəhərində qəza enişi edib. Hadisə nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. 

Gülnar Nazimqızı 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib
Cəmiyyət 12:29
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib

Sabah 32 dərəcəisti olacaq
Cəmiyyət 12:27
Sabah 32 dərəcəisti olacaq
Özbəkistanın Azərbaycan üzərindən yükdaşımaları 30% artıb - nazir
Cəmiyyət 11:48
Özbəkistanın Azərbaycan üzərindən yükdaşımaları 30% artıb - nazir


Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülüb
Cəmiyyət 11:07
Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülüb
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov
Cəmiyyət 09:57
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov


Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 09:48
Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Cəmiyyət 09:22
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol