• $
  • €
  • ₽
  • ₺
  • £

Şəmkirdə qəza zamanı iştirak edən nəqliyyat vasitələrinin buraxılış sənədləri olmayıb - AYNA

Şəmkirdə qəza zamanı iştirak edən nəqliyyat vasitələrinin buraxılış sənədləri olmayıb - AYNA
07.08.2025 11:17

Şəmkir ərazisində avqustun 7-də baş verən ağır yol-nəqliyyat hadisəsində iştirak edən hər iki nəqliyyat vasitəsinin daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

 99-GO-705 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz Sprinter” markalı mikroavtobus fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan sifarişli sərnişindaşıma həyata keçirib.

Bundan əlavə, 20-DL-094 dövlət qeydiyyat nişanlı KAMAZ markalı yük nəqliyyat vasitəsinin də analoji sənədləri olmayıb.

“Nəqliyyat vasitələri reysqabağı texniki müayinədən, sürücülər isə tibbi müayinədən keçməyib. Hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır,” – Agentliyin açıqlamasında qeyd olunub.

Hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Şəmkir rayonu ərazisində baş verib. Bakıdan Qazax istiqamətində hərəkətdə olan mikroavtobus yük maşını ilə toqquşub. Qəza nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib
Cəmiyyət 12:29
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib

Sabah 32 dərəcəisti olacaq
Cəmiyyət 12:27
Sabah 32 dərəcəisti olacaq
Özbəkistanın Azərbaycan üzərindən yükdaşımaları 30% artıb - nazir
Cəmiyyət 11:48
Özbəkistanın Azərbaycan üzərindən yükdaşımaları 30% artıb - nazir


Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülüb
Cəmiyyət 11:07
Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülüb
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov
Cəmiyyət 09:57
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov


Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 09:48
Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Cəmiyyət 09:22
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol