• $
  • €
  • ₽
  • ₺
  • £

Bayram günlərində telefonlar borca görə kəsilməyəcək

Bayram günlərində telefonlar borca görə kəsilməyəcək
27.12.2013 17:10
Bayram ərəfəsində və bayram günlərində abunəçilərin ev telefonlarının daimi işini təmin etmək məqsədilə, telefonların rabitə xidmətləri borclarına və digər səbəblərə görə şəbəkədən açılmaması, daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbir görülməsi nəzərdə tutulur.Gün.Az xəbər verir ki, bu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı günlərində əhalinin rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin edilməsinə dair tabeçilikdə olan rabitə birlik və müəssisələrinə müvafiq tapşırıqlarında göstərilib.Tapşırığa əsasən, bayram günlərində məsul növbətçilər təşkil edilməklə telekommunikasiya və internet xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, telefonların kabel və xətt zədələnmələrinin tam aradan qaldırılması üçün işlər görüləcək.Eyni zamanda, internetə çıxış sürətinin tələbata uyğun təmin olunması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi, yanğın təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməsi üzrə müvafiq tədbirlər aparılacaq.“Abunəçilərin rahatlığı və bayram ovqatının yüksəldilməsi üçün bir sıra əlavə tədbirlər də həyata keçiriləcək”.   ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat subsidiya ilə bağlı yeni təklif verib
Cəmiyyət 12:58
Deputat subsidiya ilə bağlı yeni təklif verib
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Cəmiyyət 12:54
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Son sözü çox vaxt fermer deyə bilmir - deputatdan təklif
Cəmiyyət 12:53
Son sözü çox vaxt fermer deyə bilmir - deputatdan təklif


Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib -SƏRƏNCAM
Cəmiyyət 12:33
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib -SƏRƏNCAM

Sabah yağış yağacaq
Cəmiyyət 12:23
Sabah yağış yağacaq

Xocavənd və Ağdərəyə daha 42 ailəyola salınıb
Cəmiyyət 12:13
Xocavənd və Ağdərəyə daha 42 ailəyola salınıb
Qubaya çatana kimi radio tezliyi azı 3 dəfə dəyişir - deputatdan irad
Cəmiyyət 11:58
Qubaya çatana kimi radio tezliyi azı 3 dəfə dəyişir - deputatdan irad
Deputat mobil nömrələrin təkrar satışı ilə bağlı təklif verib
Cəmiyyət 11:37
Deputat mobil nömrələrin təkrar satışı ilə bağlı təklif verib
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb -FAKTİKİ HAVA
Cəmiyyət 11:34
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb -FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol