• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat subsidiya ilə bağlı yeni təklif verib

Deputat subsidiya ilə bağlı yeni təklif verib
23.10.2026 12:58

Deputat Vüqar Bayramov ixrac olunan kənd təsərrüfatı məhsullarına xüsusi subsidiya əmsalının tətbiqini təklif edib.

Onun sözlərinə görə, Azərbaycanın aqrar məhsul ixracını 2030-cu ilədək dörd dəfə artıraraq 6 milyard dollara çatdırmaq hədəfi var.


Bayramov bildirib ki, kənd təsərrüfatı məhsullarının ixracı 2025-ci ildə 1,5 milyard dollar təşkil edib. O, bu göstəricinin artırılması üçün ixracla məşğul olan fermer təsərrüfatlarına daha çox dəstək verilməli olduğunu deyib.


Deputatın sözlərinə görə, aqrar sektor ölkədə məşğul əhalinin 37 faizini əhatə etsə də, ümumi daxili məhsulun 5,9 faizini formalaşdırır. Kənd təsərrüfatında hər məşğul şəxsə düşən əlavə dəyərin 7 675 manat, ölkə üzrə orta göstəricinin isə 25 800 manat olduğunu bildirib.


Bayramov 2025-ci ildə kənd təsərrüfatına 510 milyon manat subsidiya ayrıldığını və son beş ildə büdcədən verilən subsidiyaların 35 faiz artdığını deyib. O, subsidiyaların təsirinin qiymətləndirilməsini, onların daxili tələbat və ixrac imkanları nəzərə alınmaqla daha çevik mexanizmlə verilməsini vacib sayıb.


Deputat ərzaqlıq buğda istehsalının artırılmasına da diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan 2025-ci ildə 275,6 milyon dollar dəyərində 1,27 milyon ton buğda idxal edib, yerli istehsalda ərzaqlıq buğdanın həcmi isə 130 min ton olub.


Bayramov, həmçinin, gübrə istehsalının bu ilin yanvar-avqust aylarında illik müqayisədə 15,3 faiz azaldığını, həmin dövrdə gübrə idxalına çəkilən xərclərin 6,2 milyon dollar artdığını bildirib. O, emal sektoruna vergi güzəştlərinin genişləndirilməsini, heyvandarlıq və özəl investisiyalar üçün təşviqlərin artırılmasını da təklif edib.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Payız tətili başlayır
Cəmiyyət 15:13
Payız tətili başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol