• $
  • €
  • ₽
  • ₺
  • £

Son sözü çox vaxt fermer deyə bilmir - deputatdan təklif

Son sözü çox vaxt fermer deyə bilmir - deputatdan təklif
23.10.2026 12:53

Deputat Razi Nurullayev “Aqrar sahə haqqında” qanun layihəsində fermerlərlə məhsul alıcıları arasındakı müqavilə münasibətlərinin hüquqi təminatlarının gücləndirilməsini və suvarma suyunun bölgüsündə şəffaflığın təmin olunmasını təklif edib. O, bu barədə Milli Məclisdə qanun layihəsinin müzakirəsi zamanı danışıb.

Nurullayev qanun layihəsini dəstəklədiyini, lakin aqrar sahədə qərarların yalnız dövlətin deyil, fermerlərin də mövqeyi nəzərə alınmaqla qəbul edilməsinin vacibliyini vurğulayıb.

Deputatın sözlərinə görə, fermerlər məhsulun yetişdirilməsi üçün aylarla əmək sərf edir, maliyyə xərcləri çəkir və təbiət riskləri ilə üzləşirlər. Lakin məhsul hazır olduqda onun qiymətini çox vaxt fermer deyil, alıcı müəyyən edir.

“Qəribə mənzərədir: məhsul fermerindir, zəhmət fermerindir, risk fermerindir, amma son sözü çox vaxt fermer demir!” - o bildirib.

Deputat təklif edib ki, qanunda məhsulun qiymətinin hesablanması, keyfiyyətinin qiymətləndirilməsi və ödəniş müddətləri ilə bağlı şəffaf qaydalar müəyyən edilsin. Onun fikrincə, bu, fermerlərin alıcılar qarşısında hüquqlarının qorunmasına kömək edə bilər.

Nurullayev ikinci əsas problem kimi suvarma suyunun bölgüsünü göstərib. O bildirib ki, bəzi ərazilərdə geniş torpaq sahələri suvarıldığı halda, digər fermerlər əkdikləri sahələri su ilə təmin etməkdə çətinlik çəkirlər.

Deputat su ehtiyatlarının artırılması ilə yanaşı, mövcud suyun bölgüsünün də şəffaf olmasının vacibliyini qeyd edib. O, suvarma suyunun bölgüsü üzrə açıq uçot sisteminin yaradılmasını, suvarma qrafiklərinin ictimaiyyətə açıqlanmasını və bu prosesə ictimai nəzarətin təmin edilməsini təklif edib.

“Kəndlinin iki böyük ümidi var: torpağına su gəlsin, yetişdirdiyi məhsulun da haqqını alsın”, – Nurullayev deyib.

Deputat, həmçinin ictimai dinləmələrdə fermerlərin, sahibkarların və müxtəlif peşə sahiblərinin problemlərinin daha geniş müzakirə olunmasının vacibliyini vurğulayıb.

“Yaxşı qanun yalnız kabinetlərdə yazılmır. Yaxşı qanunun bir ucu parlamentdə, digər ucu xalqın içində olmalıdır”, - o bildirib.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Payız tətili başlayır
Cəmiyyət 15:13
Payız tətili başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol