• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” gənclərin sağlam və aktiv həyat tərzinə töhfə verərək boks təlimlərinə dəstək olur

“Nar” gənclərin sağlam və aktiv həyat tərzinə töhfə verərək boks təlimlərinə dəstək olur
30.09.2025 13:26

 

 

Sərfəli mobil xidmətlər təqdim edən “Nar” yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğinə boks təlimləri ilə davam edir. Layihənin öncəki illərdəki uğurlarına əsaslanan “Nar” yeniyetmələrin peşəkar təlim üçün bütün lazımi boks ləvazimatları ilə təchiz olunaraq təlimlərdə iştirak etmələrinə imkan yaradıb. “Baku Fight Lab”la əməkdaşlıq çərçivəsində aztəminatlı ailələrdən olan gənclərə dünya və Avropa çempionlarının məşqçiləri təlim keçəcək.

Tədbirdə çıxış edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Bizim məqsədimiz yeniyetmələrin sağlam həyat tərzinə sahib olmalarına, təhsildə və idmanda uğurlu olmalarına, möhkəm xarakter formalaşdırmalarına dəstək verməkdir. Bu təlimlər onlara yalnız bugünkü deyil, həm də gələcək həyatları üçün dəyərli keyfiyyətlər qazandıracaq”.

“Baku Fight Lab” klubunun vitse-prezidenti, müstəqil Azərbaycanın yeniyetmələr arasında boks üzrə ilk dünya çempionu Fərhad Acalov isə vurğulayıb: “Bu layihə ilə biz uşaqlara yalnız peşəkar boks vərdişləri deyil, həm də sağlam həyat tərzi və güclü xarakter formalaşdırmaq üçün motivasiya veririk. İnanırıq ki, bu təşəbbüs onların gələcək inkişafında mühüm rol oynayacaq”.

Layihənin bir hissəsi olaraq, tədbirdə gənclər üçün motivasiyaedici çıxış da baş tutdu. Bu çıxışın spikeri – boks üzrə dünya kubokunun bürünc mükafatçısı, İslam Oyunlarının gümüş medalçısı, dəfələrlə Azərbaycan çempionu olan Tamerlan Abdullayev iştirakçılarla öz təcrübəsini və uğur hekayəsini bölüşüb, onları idmanda və həyatda məqsədlərinə çatmaq üçün ruhlandırıb.

“Nar” sosial məsuliyyətli şirkət olaraq, diqqəti aztəminatlı ailələrdən olan yeniyetmələrə yönəltməklə, onların sağlam həyat tərzini mənimsəmələri üçün geniş imkanlar yaradır. Mobil operatorun həyata keçirdiyi digər sosial layihələrlə nar.az vasitəsilə tanış ola bilərsiniz. 

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol