• $
  • €
  • ₽
  • ₺
  • £

Bank sektorunun aktivləri 7% artıb

Bank sektorunun aktivləri 7% artıb
03.10.2025 18:12

2025-ci ilin ilk 6 ayı ərzində bank sektorunun cəmi aktivləri 7% (3,74 mlrd. manat) artaraq 56,7 mlrd. manata çatıb. Bu barədə Mərkəzi Bank məlumat verib. 

Cəmi öhdəlikləri isə 7,3% (3,41 mlrd. manat) artaraq 49,8 mlrd. manat təşkil edib.

Nəticədə, bank sektorunun dərinlik göstəricisi olan aktivlərin ÜDM-ə nisbəti ötən ilin sonu ilə müqayisədə 3,7 faiz bəndi artaraq 45,7%-ə yüksəlmişdir. Balansın genişlənməsinin əsas səbəbi Maliyyə Nazirliyinin depozit əməliyyatları və fiziki şəxslərin müddətli depozitlərinin artımı olmuşdur.

2025-ci ilin ilk yarısına olan məlumatlara əsasən, bank sektorunun aktivlərinin 47%-ni xalis kredit portfeli, 28%-ni likvid aktivlər, 25%-ni isə digər aktivlər təşkil etmişdir. Aktivlərin 18%-i isə qiymətli kağızlardan ibarətdir.

Öhdəliklərin strukturuna nəzər saldıqda, onların 45%-i hüquqi şəxslərin depozitləri, 30%-i fiziki şəxslərin əmanətləri, 6%-i mərkəzi idarəetmə orqanlarının depozit və kreditləri, 14%-i digər maliyyə institutları qarşısında öhdəliklər, 5%-i isə digər öhdəliklərdir.

Ötən ilin sonu ilə müqayisədə aktivlər üzrə təmərküzləşmədə müəyyən qədər artım olsa da, depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunmuşdur.

Beynəlxalq təcrübədə geniş istifadə olunan HHI indeksinə əsasən, cari ilin ilk yarısına kredit portfeli üzrə təmərküzləşmə ötən ilin sonu ilə müqayisədə 6 vahid azalaraq 1201 təşkil edib.

Depozit portfeli üzrə təmərküzləşmə indeksi isə 8 vahid azalaraq 1645 olmuşdur. Aktivlər üzrə HHI göstəricisi isə 5 vahid artaraq 1480-ə çatmışdır.

Beləliklə, bank sistemində kredit portfelinə əsasən aşağı səviyyədə, depozit portfelinə görə isə orta səviyyədə təmərküzləşmə mövcuddur.

Aktivlərin ümumi məbləğinə əsasən bank sektoru aşağı və orta təmərküzləşmə sərhədindədir. Mərkəzi Bank bu göstəriciləri daim diqqətdə saxlayır.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol