• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda orta aylıq əməkhaqqı artıb


Azərbaycanda orta aylıq əməkhaqqı artıb
10.10.2025 15:19

2025-ci ilin yanvar-avqustunda  Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9,7 % artaraq 1 094 manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki,  iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Sentyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 764,9 min nəfər təşkil edib, onlardan 855,3 min nəfəri iqtisadiyyatın dövlət, 909,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18 %-i təhsil, 13,9 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 %-i tikinti, 6,3 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 %-i maliyyə və sığorta fəaliyyəti, 14,6 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol