• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda vergi ödəyicilərinə göstərilən xidmətlərin sayı artıb

Naxçıvanda vergi ödəyicilərinə göstərilən xidmətlərin sayı artıb
13.10.2025 12:55

2025-ci ilin yanvar-sentyabrında Naxçıvanda Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 33 110 şəxs qəbul edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur. Bu barədə qurumdan bildirilib.

Bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 44 450 xidmət göstərilib.

Ümumi xidmətlərin 85 %-ni 9 xidmət növü təşkil edib.

9 ay ərzində vergi ödəyicilərinə 664 698 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, onlarla 88 görüş keçirilib, 365 sayda ünvanlı xidmət göstərilib, 2 569 müraciət üzrə 4 568 "ASAN İmza" sertifikatı verilib.

2024-cü ilin martın 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 9,2 % artaraq 16 935 olub.

2024-cü ilin yanvar-martında Naxçıvanda ümumi daxili məhsul istehsalı (ÜDM) 318 milyon 794 manat olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% çoxdur.
 
Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.
 
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol