• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank 3-cü rübü də mənfəətlə başa vurub

Yelo Bank 3-cü rübü də mənfəətlə başa vurub
15.10.2025 11:17

 


Yelo Bank 2025-ci ilin ilk 9 ayının maliyyə nəticələrini açıqlayıb. Bankın mühüm maliyyə göstəricilərində pozitiv dinamika bu rüb də davam edib. Cari il ərzində Yelo Bank 25 mln manata yaxın mənfəət əldə edib. Xüsusi vurğulamaq lazımdır ki, həm əmanət, həm də kredit portfeli 1 milyard manatı keçib. Detallara nəzər yetirdikdə:

İlin əvvəlindən kredit portfeli 119 mln manat, 12%-dən çox artımla 1 mlrd 53 mln manatı keçib. Bankın, prioritetlərinə uyğun olaraq, biznes kreditlərinin həcmi ümumi kredit portfelinin tərkibində genişlənməkdə davam edib.

2025-ci ilin ilk 9 ayında sahibkarlara 474 mln manat biznes krediti verilib. Nəticədə bu istiqamət üzrə portfel ilin əvvəlindən 59 mln manat, 10% artımla 646 mln manatı ötüb.

Xüsusilə regionlarda mikro bizneslərin maliyyələşdirilməsi Bankın diqqət mərkəzindədir. Cari il ərzində mikro bizneslərə Bank tərəfindən 305 mln manat vəsait ayrılıb. Ümumilikdə il ərzində mikro biznes kredit portfeli 48,6 mln manat, 14% artıb, nəticədə rübün sonuna mikro biznes portfeli 395 mln manat təşkil edib.

Eyni müddətdə 284 milyon manatdan çox istehlak krediti ayrılıb. Nəticədə istehlak kredit portfeli 407 mln manatı ötüb, bu da ilin əvvəli ilə müqayisədə 60 mln manat, yəni 17%-dən çox artım deməkdir. Portfel artımının 40%-i, eləcə də satışların 38%-i məhz onlayn kanalların payına düşür.

Hesabat dövrü ərzində Yelo Bank-ın əmanət portfeli də böyüyüb. Ümumi əmanət portfeli ötən ilin sonu ilə müqayisədə 111 mln manat, 12% artmaqla bu ilin üçüncü rübünün yekununda 1 mlrd 40 mln manat təşkil edib. Artımın mühüm hissəsinin fiziki şəxslərin əmanətləri hesabına baş verməsi Bankın məhsul və xidmətlərinin cəlbedici olduğunu göstərir.

Bankın kapital mövqeyi də güclənib: hesabat dövründə məcmu kapital 168 mln manat təşkil edir, bu da ilin əvvəlindən 13% çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13,68%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 9,93% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir. Rübün sonuna Bankın aktivlərinin həcmi də 12% artaraq 1 mlrd 444 mln manat təşkil edib. Faiz gəlirləri 130 mln manatı, qeyri-faiz gəlirləri isə 11 mln manatı ötüb.

Yelo Bank İdarə Heyətinin sədri Anar Həsənov dövrün göstəricilərini belə şərh edib: “2025-ci ilin ilk doqquz ayının nəticələri göstərir ki, Yelo Bank qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyir. Maliyyə göstəricilərimiz – kredit və əmanət portfellərinin hər ikisinin 1 milyard manatı aşması, kapital və aktivlərdəki artım planlarımızın uğurla reallaşdığını təsdiqləyir. Yeni strateji dövrün çağırışlarına uyğun olaraq, müştərilərimiz üçün əlavə dəyər və loyallıq yaradan bankçılıq mühitini formalaşdırmaqda davam edirik. Rəqəmsal həllərimiz maliyyə xidmətlərinə çıxışı asanlaşdırmaqla yanaşı, bizneslərin dayanıqlı böyüməsinə mühüm dəstək verir. Əldə olunan nəticələr isə təsadüfi deyil – bunlar peşəkar komandamızın əməyinin və müştərilərimizin bizə göstərdiyi etimadın bəhrəsidir. Qarşıdakı dövrdə də birlikdə daha böyük nailiyyətlərə imza atacağımıza əminik”.

Bank xidmətləri (//yelo.az/az/individuals/loans/)haqqında ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol