• $
  • €
  • ₽
  • ₺
  • £

Regionlarda idmanın inkişafı üçün sosial tərəfdaşlıq: Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı

Regionlarda idmanın inkişafı üçün sosial tərəfdaşlıq: Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı
17.10.2025 14:00

Azərbaycan idmanında sosial məsuliyyət istiqamətində mühüm addım atılıb. Qırmızı Ürəklər Fondu, Azərbaycan Cüdo Federasiyası və “Judo SC” MMC arasında “DOJO AZƏRBAYCAN – Regionlarda Cüdonun İnkişafı Proqramı” çərçivəsində üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və “Judo SC” MMC-nin nümayəndəsi Fərid Muxtarov imzalayıblar.

 

Bu əməkdaşlıq, ölkənin müxtəlif bölgələrində cüdo idmanının inkişafına dəstək verməklə yanaşı, gənclərin sağlam və aktiv həyata yönləndirilməsini, inklüziv idman mühitinin yaradılmasını və regionlarda sosial inteqrasiyanın gücləndirilməsini hədəfləyir.

 

Proqram çərçivəsində müasir standartlara cavab verən cüdo zalları (dojo) yaradılacaq və zallar gənc idmançılar üçün zəruri avadanlıqlarla təmin olunacaq. Bu təşəbbüs idman infrastrukturunu inkişaf etdirməklə yanaşı, həm də gənclərin fiziki, mənəvi və sosial inkişafına yönəlmiş dayanıqlı bir model formalaşdıracaq.

 

Layihə haqqında fikirlərini bölüşən Yusif Poladov bu əməkdaşlığı Azərbaycan idmanında sosial məsuliyyət mədəniyyətinin inkişafı baxımından əlamətdar hadisə adlandırıb. O qeyd edib ki, ianəçilik və icma dəstəyinə əsaslanan layihələr sosial həmrəyliyin güclənməsinə, sağlam düşüncəli nəsillərin formalaşmasına xidmət edir. 

 

Rəşad Rəsullu isə layihənin regionlarda cüdonun inkişafı üçün geniş imkanlar açacağına inamını vurğulayıb. O qeyd edib ki, bu əməkdaşlıq sağlam, güclü və mübarizə ruhlu gənclərin, həm də peşəkar idmançı kimi formalaşdırılması yolunda atılan mühüm addımdır. 

 

Yeni əməkdaşlıq Azərbaycanın idman həyatında sosial məsuliyyət, vətəndaş dəstəyi və regional inkişaf prinsiplərini bir araya gətirən mühüm təşəbbüs kimi dəyərləndirilir. 

 

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil ola bilərsiniz.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol