• $
  • €
  • ₽
  • ₺
  • £

Futbol və əyləncə bir arada – “CityNet TV”dən “Digiturk” paketinə xüsusi endirim!


Futbol və əyləncə bir arada – “CityNet TV”dən “Digiturk” paketinə xüsusi endirim!
28.10.2025 11:26

 

“CityNet TV” yə yeni qoşulan abunəçilər indi TV Plus xidməti ilə yanaşı “Digiturk” paketini xüsusi endirimlə əldə edə bilərlər. Kampaniya çərçivəsində “CityNet TV Plus + Digiturk” paketinə 26.99 AZN deyil, aylıq cəmi 19.99 AZN ödəyərək qoşulmaq mümkündür. 

Futbol və əyləncə sevənlər üçün ideal olan bu fürsət sayəsində “CityNet TV” istifadəçiləri canlı idman həyəcanını və keyfiyyətli əyləncəni eyni anda yaşamaq imkanı əldə edirlər.

Abunəçilər bu endirimli qiymətdən bir il boyunca (12 ay) yararlana biləcəklər. Təklif 31 dekabr 2025-ci il tarixinə qədər qoşulan müştərilər üçün keçərlidir. 

Xüsusi endirimdən yararlanmaq üçün *1177 ilə əlaqə saxlaya bilərsiniz. 

“Digiturk” paketi çərçivəsində idman həvəskarları “BeIN Sports International”, “BeIN Sports 2”, “BeIN Sports 3”, “BeIN Sports 4” kanalları vasitəsilə Türkiyə Super Liqasının futbol matçlarını və digər idman yarışlarını yüksək keyfiyyətdə izləyə biləcəklər. Əyləncə və kino həvəskarları üçün isə “BeIN Iz”, “BeIN Gurme”, “BeIN Movies” kimi sevilən kanallar təqdim olunur. Bundan əlavə, 1000-dən çox müxtəlif janrda film və serialdan ibarət VoD kataloqu izləyicilərə premium məzmuna çıxış imkanı yaradır.  “CityNet TV”də “Digiturk”lə yanaşı, “BluTV”, “Setanta Sports”, “Dizi Channel”, “FilmBox” kimi kanallara baxmaq mümkündür. Bundan əlavə, istifadəçilər platforma üzərindən “YouTube”, “Netflix”, “Amazon Prime”, “Spotify” kimi məşhur tətbiqlərə də rahatlıqla daxil ola bilərlər. 

“CityNet” haqqında

Azərbaycanın aparıcı internet provayderi olan “CityNet” (ticarət nişanı “Uninet” MMC-yə məxsusdur) yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. “CityNet” Bakı şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etmək olar. “Uninet” MMC müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən “NEQSOL Holding”in tərkibində olan “Azerconnect Group”a daxildir.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol