• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət istiqrazları üzrə xərclərin həcmi açıqlanıb

Dövlət istiqrazları üzrə xərclərin həcmi açıqlanıb
29.10.2025 16:21

2025-ci ilin doqquz ayı ərzində Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna xidmət xərcləri çərçivəsində daxili dövlət borcu üzrə faiz və diskont ödənişlərinin həyata keçirilməsi üçün 449,9 milyon manat vəsait xərclənib. Bu barədə Maliyyə Nazirliyindən bildirilib. 

İin əvvəlindən etibarən dövlət istiqrazları üzrə orta ödəniş müddətinin uzadılması və təkrar maliyyələşdirmə risklərinin azaldılması məqsədilə daha uzunmüddətli istiqrazlarla əvəzlənmə prosesi davam etdirilib. Bu tədbirlər nəticəsində 3 milyard 131,9 milyon manat əsas borc ödənişi həyata keçirilib.

Cari ilin doqquz ayında əlavə olaraq 1 milyard 439,6 milyon manat əsas borc ödənişi dövlət büdcəsinin “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin təminatı fondu”nun vəsaiti hesabına investorlar qarşısında geri qaytarılıb.

Beləliklə, 2025-ci ilin yanvar–sentyabr dövründə dövlət istiqrazları üzrə ümumilikdə 4 milyard 571,5 milyon manat məbləğində əsas borc ödənişi icra olunub.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol