• $
  • €
  • ₽
  • ₺
  • £

2026-cı ildə DSMF-nin gəlirləri 8,3 milyard manatı ötəcək

2026-cı ildə DSMF-nin gəlirləri 8,3 milyard manatı ötəcək
06.11.2025 11:59

 

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2025-ci ilin göstəricisindən 705,7 milyon manat və ya 9,3% çoxdur. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 2026-ci ilin dövlət büdcəsi haqqında qanuna münasibət bildirərkən deyib.

Nazirin sözlərinə görə, fondun gəlirlərinin 79,2%-i (6,6 milyard manat) məcburi dövlət sosial sığorta (MDSS) daxilolmaları hesabına formalaşacaq. Bunun 2,1 milyard manatı büdcə təşkilatlarından, 4,5 milyard manatı isə qeyri-büdcə təşkilatlarından daxil olacaq. Bu, cari illə müqayisədə 10% artım deməkdir.

2026-cı ildə fondun büdcəsinin balanslaşdırılması üçün dövlət büdcəsindən 1 milyard 700 milyon manat ayrılması nəzərdə tutulur — bu da əvvəlki illə müqayisədə 100 milyon manat və ya 6,3% çoxdur.

Nazir qeyd edib ki, dövlətin DSMF-yə dəstəyinin payı son illərdə əhəmiyyətli dərəcədə azalıb — əgər 2017-ci ildə bu göstərici 38% idisə, 2026-cı ildə 20,4%-ə enəcəyi proqnozlaşdırılır.

Fond növbəti il üçün əvvəlki illərin ehtiyatlarından təxminən 160 milyon manat vəsaiti də xərclərin maliyyələşməsinə yönəldəcək.

2026-cı il üzrə DSMF-nin ümumi xərcləri 8 milyard 483 milyon manat təşkil edəcək ki, bunun 96,6%-i (8 milyard 196 milyon manat) əhaliyə ödənişlərin payına düşür. Bu məbləğ 2025-ci illə müqayisədə 788 milyon manat çoxdur.

Əmək pensiyalarının maliyyələşdirilməsi üçün 7 milyard 993 milyon manat, sosial sığorta hesabına verilən müavinətlər üçün isə 203,6 milyon manat ayrılacaq.

Əmək pensiyaları üzrə xərclər 2025-ci illə müqayisədə 10,9% artaraq 782,4 milyon manat çox olacaq. Proqnozlara əsasən, 2026-cı ildə pensiyaların indeksasiyası 9,2%, orta pensiyanın məbləği 590 manat, yaşa görə pensiyanın məbləği isə 629 manat olacaq.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol