• $
  • €
  • ₽
  • ₺
  • £

Güzəştli kreditlərin yarısı kənd təsərrüfatına yönəlib, qadın sahibkarların sayı 7% artıb

Güzəştli kreditlərin yarısı kənd təsərrüfatına yönəlib, qadın sahibkarların sayı 7% artıb
13.11.2025 11:59

Güzəştli kreditlərin yarısı kənd təsərrüfatına yönəlib, qadın sahibkarların sayı 7% artıb. Bunu İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib.

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin təxminən yarısı kənd təsərrüfatı məhsullarının istehsalı sektoruna, digər yarısı isə sənaye və müxtəlif iqtisadi sahələrin inkişafına yönəlib. Onun sözlərinə görə, kreditlərin 76%-i regionların payına düşüb.

Fondun vəsaiti hesabına banklar vasitəsilə 2025-ci ilin yanvar–sentyabr aylarında sahibkarların ümumi dəyəri 564 milyon manat olan 4 590 layihəsinə 250 milyon manat güzəştli kredit ayrılıb. Bu layihələr 3 500 yeni iş yerinin açılmasına şərait yaradıb.

Bununla yanaşı, 2025-ci ilin ilk 10 ayı ərzində Fond tərəfindən 498 layihəyə 27,9 milyon manat güzəştli kredit verilib və 367 yeni iş yeri yaradılıb.

Bəşirli bildirib ki, ölkədə inklüziv sahibkarlığın genişlənməsi qadınların biznes təşəbbüslərinin reallaşmasına şərait yaradıb. Nəticədə 2025-ci ilin ilk 6 ayında qadın sahibkarların sayı 7% artaraq 333 minə çatıb.

Nazir müavini həmçinin vurğulayıb ki, rəqəmsal transformasiyanın əsasında insan kapitalı dayanır. Son 10 ildə elmin inkişafına ayrılan vəsait iki dəfə artıb. 2024-cü ildə təhsil xərcləri 4,5 milyard manatı, 2026-cı ilin büdcəsində isə 5 milyard manatı ötüb.

Bəşirli qeyd edib ki, rəqəmsal və innovativ bacarıqların artırılması üçün yeni təhsil proqramları həyata keçirilir, “Coursera” ilə birgə yaradılan “4Sİ Akademiyası”ndan isə indiyədək 55 mindən çox vətəndaş yararlanıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol