• $
  • €
  • ₽
  • ₺
  • £

Taksi ödənişlərinizi Bir Bonus-la edin, pulunuz cibinizdə qalsın

Taksi ödənişlərinizi Bir Bonus-la edin, pulunuz cibinizdə qalsın
19.11.2025 11:42

 

 

Bir ekosistemdən Birbonuslulara şad xəbər var. Hansı taksi sərfəlidir? – sualına Birbonuslular indi daha rahat cavab verə bilərlər. Çünki Yango tətbiqində taksi xidməti ilə əməkdaşlıq ekosistem müştərilərinə yeni imkanlar qazandırır. 

Belə ki, indi istifadəçilər bonuslarını Birbank və m10 tətbiqdaxili və QR ilə ödənişlərdə, Birmarket və Trendyol sifarişləri, ictimai nəqliyyatda BakıKart ilə ödənişlər, mobil nömrə balansının artırılması, kommunal ödənişlərlə yanaşı, həm də Yango-da taksi gedişlərinin ödənişi zamanı istifadə edə bilərlər. Bunun üçün Yango tətbiqində Bir ID ilə qeydiyyatdan keçərək, bonus kabinetini aktivləşdirmək kifayətdir. 

Bir ekosistemi və Yango arasındakı bu əməkdaşlıq müştərilərin gündəlik həyatını daha rahat etməklə yanaşı, bonuslardan istifadə sferasını da xeyli genişləndirir. Bu isə istifadəçilərin vaxtına və büdcəsinə əlavə dəyər qatır. İstifadəçilər səfərin dəyərinin 90%-dək hissəsini bonuslarla ödəyə bilərlər. Hər bir bonus 1 manata bərabərdir və cari bonus balansı birbaşa Yango tətbiqində əks olunur. 

Ətraflı: www.b-b.az/bbyto

Qeyd edək ki, Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus – Birbank, m10, Birmarket və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradır. Bir ekosistem müştəriləri Bir Bonus proqramına avtomatik olaraq qoşulur və bütün imkanlardan yararlanmaq şansı əldə edir. Bonusları BakıKart biletindən Trendyol sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər rahatlıqla istifadə etmək mümkündür. 

Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycanvə BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.     

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol