• $
  • £

Xəzərdə suyun səviyyəsinin enməsi və kadr çatışmazlığı sektora təsir edir

Xəzərdə suyun səviyyəsinin enməsi və kadr çatışmazlığı sektora təsir edir
25.11.2025 11:34

Xəzər dənizində suyun səviyyəsinin enməsi, mühəndis kadrlarının ölkədən kənara üz tutması və region ölkələrində əmək bazarının dəyişməsi Azərbaycanın enerji sektorunda əsas problem olaraq qalır. Bunu SOCAR viyse prezidenti Babək Hüseynov bildirib.

Şirkət rəsmisi panel müzakirəsində deyib ki, Xəzər regionunda fəaliyyət göstərən tərəfdaş ölkələr də eyni problemlərlə üzləşir. 

“Xəzərdə suyun səviyyəsinin azalması həm bizim, həm də tərəfdaşlarımız üçün böyük problemdir. Bu məsələlərdə birgə həll yolları tapmaq vacibdir”, — o deyib.

Onun sözlərinə görə, ən ciddi çətinliklərdən biri də neft-qaz sektorunda yüksək ixtisaslı mühəndislərin yaşlanması və yeni nəslin ölkə xaricində karyera seçməsi ilə bağlıdır.

“Azərbaycanda yüzlərlə mühəndis yetişib, çoxları kitabların müəllifləridir, lakin bu nəsil artıq təqaüdə çıxır. Gənclər isə başqa ölkələrdə iş axtarmağa üstünlük verir. Bu, bizim üçün böyük problemdir,” —  o qeyd edib.

SOCAR rəsmisi əlavə edib ki, şirkət artıq Qazaxıstandan mütəxəssis cəlb etməyə başlayıb.

 “Qazaxıstanlı mütəxəssislər çox tez uyğunlaşır və yüksək peşəkarlıq göstərirlər.”

Müzakirədə, həmçinin Azərbaycanın enerji və logistika infrastrukturundan istifadənin böyük potensiala malik olduğu vurğulanıb. 

Rəsmilərin sözlərinə görə, Prezident İlham Əliyev ölkənin “keçid və tranzit mərkəzi” rolunu dəfələrlə önə çəkib.

“Azərbaycan Xəzər regionu ölkələrini — Qazaxıstanı və digər qonşu dövlətləri — Avropa bazarlarına çıxış üçün öz infrastrukturundan istifadəyə dəvət edir. Bu istiqamətdə hələ görüləsi çox iş var,” — SOCAR nümayəndəsi deyib.

O bildirib ki, SOCAR rəhbərliyinin və hökumətin mövqeyi bu prosesin genişləndirilməsinə tam dəstək verir. 

 “Bu, böyük imkanlar yaradır və biz bu potensialdan daha çox istifadə etməliyik.”

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Maştağada evdə partlayış olub, iki nəfər xəsarət alıb
Cəmiyyət 09:02
Maştağada evdə partlayış olub, iki nəfər xəsarət alıb
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:11
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 21:34
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Cəmiyyət 20:13
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:28
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:44
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 18:35
Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
Cəmiyyət 18:03
Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
Cəmiyyət 18:00
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol