• $
  • £

Kapital Bank-dan BMU tələbələrinə təhsil və fərdi inkişaf dəstəyi


Kapital Bank-dan BMU tələbələrinə təhsil və fərdi inkişaf dəstəyi
25.11.2025 16:54

 

Ölkənin birinci bankı Kapital Bank gənclərin karyera və şəxsi inkişafına dəstək missiyasını davam etdirir. Məlum olduğu kimi bank ali məktəblərdə “Kapital Bank” otaqlarını tələbələrin istifadəsinə verməklə onların təhsilinə və fərdi inkişafına dəstək olmağa  çalışır. Belə ki, bu otaqlarda maliyyə istiqamətində fərqli seminarlar, təlimlər və masterklasslar keçirilir. 

Növbəti belə bir təlim Bakı Mühəndislik Universitetində baş tutub. Təlimdə  “İnformasiya texnologiyaları”, “Kompüter mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan 60-dan çox 3 və 4-cü qrup tələbələri  iştirak ediblər. 

Təlimin spikeri Kapital Bank-ın Proqram mühəndisliyi ekspert mərkəzinin Funksional lideri Valeh Əsədov tələbələrlə “Mobil bankçılıq”“Mobil bankçılıq tərtibatının bank sektorundakı rolu” mövzularında təcrübələrini bölüşüb. O, maliyyə sektorunda rəqəmsal inkişafın aktuallığını vurğulayaraq, gənc mütəxəssislərin bu sahədə potensial perspektivlərindən danışıb. Seminar interaktiv sual-cavab sessiyası ilə davam edib və tələbələr onları maraqlandıran mövzularda ekspert rəyi əldə ediblər. 

Qeyd edək ki, ölkədə təhsilin inkişafına töhfə vermək və gənclərə dəstək məqsədi ilə Kapital Bank daha öncə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərində müasir texnoloji standartlara cavab verən “Kapital Bank” otaqlarını istifadəyə verib.    

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Maştağada evdə partlayış olub, iki nəfər xəsarət alıb
Cəmiyyət 09:02
Maştağada evdə partlayış olub, iki nəfər xəsarət alıb
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:11
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 21:34
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Cəmiyyət 20:13
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:28
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:44
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 18:35
Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
Cəmiyyət 18:03
Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
Cəmiyyət 18:00
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol