• $
  • £

Azərbaycan və GICHD minatəmizləmə əməkdaşlığını genişləndirməyə hazırdır

Azərbaycan və GICHD minatəmizləmə əməkdaşlığını genişləndirməyə hazırdır
05.12.2025 15:30

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İsveçrədə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) direktoru, səfir Tobias Privitelli ilə görüşərək iki qurum arasında minatəmizləmə sahəsində uzunmüddətli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.

Görüşdə Azərbaycan ərazisində mina və partlamamış sursat probleminin miqyasına dair məlumat verilib.

Rəsmi statistikaya əsasən, 2020-ci ildən bəri minalar 350-dən çox insanın ölümünə və yaralanmasına səbəb olub, bu isə region üzrə ən yüksək göstəricilərdən biridir. Əmirbəyov bildirib ki, Azərbaycan dövləti son illərdə minatəmizləmə əməliyyatlarının sürətləndirilməsi üçün maliyyə, texniki və insan resurslarını əhəmiyyətli dərəcədə artırıb.

Tərəflər 2025-ci il 7 iyul tarixində ANAMA və GICHD arasında imzalanmış Anlaşma Memorandumunun həyata keçirilməsi mexanizmlərini, o cümlədən Göygöl Təlim Mərkəzində birgə təlimlərin təşkili imkanlarını müzakirə ediblər.

Privitelli Azərbaycanın minatəmizləmə fəaliyyətini “ciddi və məqsədyönlü” adlandıraraq, GICHD-nin praktiki əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib. O, gələn həftə Azərbaycana planlaşdırdığı səfər zamanı konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdiriləcəyini qeyd edib.

Əmirbəyov isə səfərin ikitərəfli münasibətlərə töhfə verəcəyini deyərək, Privitelliyə işğaldan azad edilmiş ərazilərdə minalarla çirklənmə səviyyəsi və aparılan əməliyyatlarla yerində tanış olmaq üçün bölgəyə səfər etməyi tövsiyə edib.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:50
Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib
DİN: Azərbaycanda bir gündə 29 cinayət açılıb
Cəmiyyət 10:26
DİN: Azərbaycanda bir gündə 29 cinayət açılıb
Babək prospektində avtomobil salonu yanıb
Cəmiyyət 09:47
Babək prospektində avtomobil salonu yanıb
Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq
Cəmiyyət 09:44
Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq
Buzovnada nəzarətsiz ərazidə 30 yaşlı kişinin meyiti tapılıb
Cəmiyyət 09:41
Buzovnada nəzarətsiz ərazidə 30 yaşlı kişinin meyiti tapılıb
Beş rayonda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Cəmiyyət 09:00
Beş rayonda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Azərbaycan-Ermənistan sərhədində 3,9 maqnitudalı zəlzələ baş verib - Yenilənib
Cəmiyyət 00:27
Azərbaycan-Ermənistan sərhədində 3,9 maqnitudalı zəlzələ baş verib - Yenilənib
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 21:49
Bu ərazilərdə qaz olmayacaq
Bakının bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
Cəmiyyət 21:28
Bakının bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol