• $
  • €
  • ₽
  • ₺
  • £

Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib

Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
09.12.2025 20:13

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 9-da davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxsin nümayəndəsi Azər Manafov ifadəsində bildirib ki, Ermənistanın mina terroru nəticəsində zərər çəkib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında baş vermiş mina partlayışı nəticəsində hadisə yerində olan bir neçə nəfərin yaralandığını, Cavid İsmayılovun isə həlak olduğunu deyib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş şəxs Yadulla Abuşov diqqətə çatdırıb ki, Kəlbəcər rayonu ərazisində düşmən tərəfindən minaatanlar və digər silahlardan açılan atəşlər nəticəsində bir neçə şəxs həlak olub, özü və daha bir neçə şəxs isə yaralanıb.

Zərərçəkmiş şəxs Sahil Salahov ifadəsində bildirib ki, Xocavənd rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan mərminin yaxınlığına düşüb partlaması nəticəsində yaralanıb. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs qeyd edib ki, hadisə nəticəsində bir neçə şəxs həlak olub.

Məhkəmə prosesi digər zərərçəkmiş şəxslərin ifadələrinin elan olunması ilə davam etdirilib. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxs əvvəlki proseslərdə məhkəməyə müraciət ünvanlayaraq iclaslarda üzrlü səbəbdən iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildirən ərizələr göndəriblər. Ötən məhkəmə iclaslarında tərəflər həmin ifadələrin məhkəmədə elan olunmasına etiraz etməyiblər.

İclasda, həmçinin cinayət işi materiallarında olan ekspertiza rəyləri, protokollar və iş üzrə sübuti əhəmiyyət kəsb edən digər sənədlər elan olunub.

Sonra məhkəməyə sədrlik edən bildirib ki, bununla da cinayət işi üzrə zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məhkəmədə elan edilməklə tədqiqi başa çatıb.

Təqsirləndirilən şəxs Ruben Vardanyan vəsatətlə çıxış edərək, cinayət işi ilə bağlı bəzi sənədlərlə tanış olmaq istədiyini bildirib, eləcə də bəzi sənədlərin cinayət işindən xaric olunmasını xahiş edib.

Məhkəməyə sədrlik edən Zeynal Ağayev təqsirləndirilən şəxsin konkret hansı sənədlərlə tanış olmaq istədiyi müəyyənləşdirildikdən sonra ona müvafiq şərait yaradılacağını bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev məhkəməyə müraciət edərək cinayət işi üzrə digər zəruri sənədlərin də tədqiq olunmasını təklif edib.

Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb
Cəmiyyət 16:49
Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb
Sabah bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 16:31
Sabah bu ərazilərdə qaz kəsiləcək

Masazırda yaşayış binasında yanğın baş verib
Cəmiyyət 16:10
Masazırda yaşayış binasında yanğın baş verib
Zahid Oruc dövlət qulluğu sertifikatının üç il qüvvədə qalmasını təklif edib
Cəmiyyət 15:52
Zahid Oruc dövlət qulluğu sertifikatının üç il qüvvədə qalmasını təklif edib
Razi Nurullayev xüsusi satınalmalar üzrə məlumatların açıq yayımlanmasını təklif edib
Cəmiyyət 15:28
Razi Nurullayev xüsusi satınalmalar üzrə məlumatların açıq yayımlanmasını təklif edib
Suraxanı və Abşeronda 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlanıb
Cəmiyyət 15:20
Suraxanı və Abşeronda 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlanıb
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
Cəmiyyət 15:04
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Cəmiyyət 14:42
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Cəmiyyət 14:28
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol