• $
  • €
  • ₽
  • ₺
  • £

Əzizə Mustafazadənin doğum günüdür – FOTO

Əzizə Mustafazadənin doğum günüdür – FOTO
29.05.2020 00:46
Bu gün Əzizə Mustafazadənin doğum günüdür.ANN.Az xəbər verir ki, Əzizə Mustafazadə - dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı 1969-cu il dekabrın 19-da Bakıda anadan olub.O, Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızıdır.Valideynləri Əzizənin musiqiyə qarşı həssaslığını o, hələ səkkiz aylıq ikən hiss ediblər.İlk dəfə səhnəyə hələ üç yaşında ikən atası ilə birlikdə bədahətən mahnılar ifa edərək çıxıb. Klassik piano təhsilinə kiçik yaşlarında başlayıb. İohan Sebastian Bax və Frederik Şopen kimi bəstəkarların əsərlərinə xüsusi maraq göstərib.17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik almağında onun caz-muğam musiqisi çox böyük rol oynayıb. Elə həmin vaxtlarda Əzizə anası ilə Almaniyaya köçüb.Əzizə ilk albomunu 1991-ci ildə Aziza Mustafa Zadeh adı ilə çıxarıb. İkinci albomu “Always” (“Həmişə”) ona yüksək Alman musiqi mükafatı sayılan Səs-Akademiyası Mükafatını və Soninin Exo Mükafatını qazandırıb. O, bir çox ölkədə caz və ənənəvi üslublarda gözəl nümunələr ifa edib və bir çox albomlar çıxarıb. Sonuncu çıxan albomu “Contrasts”-dır (2006).Əzizə 2007-ci ilin iyununda Bakı Caz Festivalı üçün Azərbaycana gəlib. Bu müddət ərzində Opera və Balet Teatrında konsert verib. Festivalın sonunda açıq hava altında, Yaşıl Teatrdakı konsertdə giriş ifasını yerinə yetirib. Həmin konsertdə “Shamans”-ın çox möhtəşəm bir ifasını nümayiş etdirib.Ə.Mustafazadənin 5-ci albomunun adı, “Jazziza” (“Cazziza”), atasının uşaq ikən ona verdiyi ləqəbidir. Onun atasına ithaf etdiyi çoxlu musiqiləri vardır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol