• $
  • £

Azərbaycan və Tailand arasında ilk siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Tailand arasında ilk siyasi məsləhətləşmələr keçirilib
13.12.2025 16:19

Banqkokda Azərbaycan və Tailand xarici işlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.Bu barədə XİN-dən məlumat veeilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Tailandda səfərdə olan xarici işlər nazirinin müavini Elnur Məmmədov,Tailand Krallığının nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Vijavat İsarabhakdi rəhbərlik edib.

Məsləhətləşmələr zamanı "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Tailand Krallığının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu" imzalanıb.
 

Daha sonra iki ölkə arasında siyasi, iqtisadi-ticarət, mədəniyyət və turizm sahələrində əlaqələrin hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə olunub.


Tailand Krallığının xarici işlər naziri Sihasak Phuanqketkeov ilə keçirilmiş görüşdə iki ölkə arasında siyasi münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, Səfirliyin açılışının və ilk siyasi məsləhətləşmələrin müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi bildirilib.

Eyni zamanda, nazir müavini Elnur Məmmədov Tailand Krallığı Milli Assambleyasının prezidenti və Nümayəndələr Palatasının spikeri Vanmuhammadnoor Matha ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin mühüm rolu qeyd olunub, çoxtərəfli parlamentlərarası platformalarda təşəkkül tapmış səmərəli əməkdaşlıq məmnunluqla vurğulanıb.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Tailandın nüfuzlu TNN televiziya kanalına, eləcə də parlamentin televiziya kanalına müsahibələr verib.

Bununla yanaşı, xarici işlər nazirinin müavini Elnur Məmmədov Tailand Parlamentinin nəzdində fəaliyyət göstərən Kral Prajadhipok İnstitutunda Azərbaycanın xarici siyasət prioritetləri barədə çıxış edib və iştirakçıların suallarını cavablandırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Siyasət 13:19
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Prezident Kral III Çarlzı təbrik edib
Siyasət 12:03
Prezident Kral III Çarlzı təbrik edib
MEDİA: Fransanın bəzi media orqanları Azərbaycana qarşı qarayaxma kampaniyası aparır
Siyasət 22:49
MEDİA: Fransanın bəzi media orqanları Azərbaycana qarşı qarayaxma kampaniyası aparır
Azərbaycan və Slovakiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
Siyasət 22:38
Azərbaycan və Slovakiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
Netanyahu İlham Əliyevi təbrik edib
Siyasət 18:13
Netanyahu İlham Əliyevi təbrik edib

Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
Siyasət 17:55
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
İlham Əliyev Vladimir Putinə təbrik ünvanlayıb
Siyasət 11:15
İlham Əliyev Vladimir Putinə təbrik ünvanlayıb

İlham Əliyev Filippin Prezidentini təbrik edib
Siyasət 11:09
İlham Əliyev Filippin Prezidentini təbrik edib
Azərbaycanda Estoniya səfirliyi açılıb
Siyasət 23:26
Azərbaycanda Estoniya səfirliyi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol