• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident fərman imzalayıb

Prezident fərman imzalayıb
15.12.2025 13:20

Azərbaycanda idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyət rəqəmsallaşdırılır. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, xarici ticarətin tənzimlənməsi sahəsində dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi, o cümlədən idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında tam rəqəmsal mühitin yaradılması və yük axınlarının "ağıllı" idarə edilməsi sisteminin tətbiqi məqsədilə "Bir pəncərə" informasiya sistemi yaradılacaq.

Xarici ticarət fəaliyyətinin həyata keçirilməsi ilə bağlı Sistem vasitəsilə aşağıdakılar təmin edilir:

- tələb olunan sənədlərin, o cümlədən kommersiya və nəqliyyat sənədlərinin təqdim edilməsi;

- nəqliyyat vasitələrinə və daşınan mallara dair tələb olunan sənədlərin və məlumatların elektron qaydada tərtib edilməsi;

- sərhədkeçmə prosedurları, daşıma qaydaları və şərtləri ilə bağlı məlumat verilməsi, eləcə də istifadəçilərin müraciətlərinin qəbulu və cavablandırılması;

- yükdaşıma müqavilələrinin elektron qaydada bağlanılması, eləcə də bağlanılmış müqavilələrin təqdim olunması;

- daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi;

- ödənişlər aparılması, eləcə də həmin fəaliyyətlə bağlı statistik məlumatların əldə edilməsi;

Sistemin sahibi funksiyalarını Nazirlər Kabineti, operatoru funksiyalarını isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) həyata keçirir.

Sistemlə lisenziya və icazələr (o cümlədən uyğunluğunun qiymətləndirilməsi ilə bağlı sertifikatlar və şəhadətnamələr), gömrük, vergi, qida təhlükəsizliyi, kənd təsərrüfatı, avtomobil nəqliyyatı sahələrində dövlət xidmətləri göstərilməsi, vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu, fiziki şəxslərin identikləşdirilməsi, ölkəyə gəlməsi, qeydiyyatı və ölkədən getməsi ilə bağlı informasiya sistemləri və ehtiyatları, habelə mülki aviasiya, dəmir yolları və dəniz nəqliyyatı sahələrində fəaliyyət göstərən qurumların, eləcə də ödənişlər aparılması, mülki məsuliyyətin və daşınan yüklərin sığortalanması üzrə ödəniş xidməti təchizatçılarının (kredit təşkilatlarının) və sığorta təşkilatlarının informasiya sistemləri və ehtiyatları arasında ölkənin normativ hüquqi aktları (məlumatların tərkibinin və məlumat mübadiləsinin hüquqi əsaslarını tənzimləyən) ilə müəyyən edilmiş hədlərdə məlumat mübadiləsi Elektron Hökumət İnformasiya Sistemi üzərindən aparılır.

Nazirlər Kabineti 9 ay müddətində Sistemin əsasnaməsinin layihəsini hazırlayıb dövlət başçısına təqdim etməli, beynəlxalq təcrübəni nəzərə almaqla, idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahələrində fəaliyyətin rəqəmsallaşdırılmasının təmin olunması məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Prezidentə təqdim etməli, RİNN və Dövlət Gömrük Komitəsinin təklifləri əsasında Sistemin fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

RİNN Sistemin aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görməli, Sistemin Prezidentin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq "Hökumət buludu"nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməli, Sistem vasitəsilə aparılan əməliyyatlara dair aylıq hesabatı onunla inteqrasiya olunan informasiya sistemlərinin və ehtiyatlarının mülkiyyətçilərinə (sahiblərinə və ya operatorlarına) təqdim etməlidir.

RİNN ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Prezidentin 12 sentyabr 2018-ci il tarixli fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib
Siyasət 17:14
Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib
Həmkarı İlham Əliyevə zəng edib
Siyasət 15:59
Həmkarı İlham Əliyevə zəng edib

Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
Siyasət 15:02
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

Qordana Silyanovska-Davkova Prezident İlham Əliyevə zəng edib
Siyasət 14:08
Qordana Silyanovska-Davkova Prezident İlham Əliyevə zəng edib
Hicran Hüseynova uşaqlar və gənclərlə maarifləndirmə işinin gücləndirilməsinə çağırıb
Siyasət 12:11
Hicran Hüseynova uşaqlar və gənclərlə maarifləndirmə işinin gücləndirilməsinə çağırıb
Azərbaycanın Fransadakı səfiri Bricit Makronla görüşdə iştirak edib
Siyasət 11:27
Azərbaycanın Fransadakı səfiri Bricit Makronla görüşdə iştirak edib
Deputatlar və bələdiyyə sədrləri süni intellektlə yayılan yalan məlumatlara qarşı çıxış etməlidir
Siyasət 11:14
Deputatlar və bələdiyyə sədrləri süni intellektlə yayılan yalan məlumatlara qarşı çıxış etməlidir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol