• $
  • £

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb
11.02.2026 16:18

Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri ilə onlara təhsil yolunda dəstək göstərən donorlar arasında görüş təşkil olunub. Səmimi, səhər yeməyi formatında keçirilən görüşdə donorlar öz həyat və peşəkar karyera təcrübələrini tələbələrlə bölüşərək onlara tövsiyələrini veriblər. Təqaüd proqramının qalibləri isə karyera planları, akademik nailiyyətləri və təhsil fəaliyyətləri barədə məlumat verərək öz suallarını ünvanlayıblar. 

 

Görüşdə Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə, İdarə Heyətinin üzvü, Baş Komplayens İnzibatçısı Kamal Abdullayev, eləcə də Birbank Private müştəriləri iştirak ediblər.

 

Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov iştirakçılara “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı və “Onu Oxut” aksiyası ilə bağlı ətraflı məlumat verərək qeyd edib ki,  bu il ilk dəfə olaraq tələbələrə təqaüd aldıqları müddət ərzində donorlar tərəfindən mentor proqramı ilə dəstək olunacaq.

 

Qeyd edək ki, 2024-cü ildən etibarən “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı Qırmızı Ürəklər Fondunun və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı ilə həyata keçirilir. 2025-2026-cı tədris ili üzrə elan olunan proqrama 995 nəfər müraciət edib, 73 namizəd müsahibə mərhələsinə dəvət olunub və 20 tələbə qalib elan olunub. Təqaüd proqramı çərçivəsində Birbank Private müştərilərinin dəstəyi ilə 10 tələbəyə təqaüd verilir.

 

“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil ola bilərsiniz. 


 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 %-ə yaxın artıb
İqtisadiyyat 14:56
Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 %-ə yaxın artıb

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
İqtisadiyyat 11:52
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
Bu il Azərbaycanda 270 mindən çox "Asan İmza" sertifikatı verilib
İqtisadiyyat 11:22
Bu il Azərbaycanda 270 mindən çox "Asan İmza" sertifikatı verilib
Золото и серебро подешевели на мировых товарных биржах
İqtisadiyyat 10:24
Золото и серебро подешевели на мировых товарных биржах
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:51
Dünya bazarlarında neft ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:45
Bu günün valyuta məzənnələri açıqlanıb
Azərbaycan nefti 95.5 dollara satılır
İqtisadiyyat 09:14
Azərbaycan nefti 95.5 dollara satılır
Azərbaycanda gündəlik neft hasilatı iyulda 453 min barelə düşüb
İqtisadiyyat 16:16
Azərbaycanda gündəlik neft hasilatı iyulda 453 min barelə düşüb
Ev təmiri və digər ehtiyacların üçün Yelo-dan sərfəli kredit fürsəti!
İqtisadiyyat 14:45
Ev təmiri və digər ehtiyacların üçün Yelo-dan sərfəli kredit fürsəti!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol