• $
  • £

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
16.02.2026 17:59

Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti (İcra Komitəsinin sədri) seçilib. Bu barədə  AGF-dən məlumat verilib.

Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli 16-cı ümumi yığıncağı keçirilib.

Rəsmi açılışdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov 2021–2025-ci illər ərzində federasiyanın fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə video-hesabatla çıxış edib. O bildirib ki, son beş ildə Azərbaycan gimnastikası dinamik inkişaf edib və gimnastlarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil ediblər.

AGF-nin maliyyə direktoru Viktoriya Abuşova isə 2021–2025-ci illər üzrə maliyyə hesabatını təqdim edib. Ümumi yığıncaqda federasiyanın Nizamnaməsinə müvafiq dəyişikliklər edilib və yeni redaksiyada təsdiqlənib. Federasiyanın Nəzarət-Təftiş və İntizam Komissiyalarının strukturunda dəyişikliklər aparılıb, Atletlər və Apellyasiya Komissiyalarının formalaşdırılması Nizamnamədə öz əksini tapıb.

Daha sonra İcra Komitəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Mehriban xanım Əliyeva növbəti beş il müddətinə yenidən AGF-nin prezidenti (İcra Komitəsinin sədri) seçilib. Altay Həsənov federasiyanın vitse-prezidenti (İcra Komitəsinin sədr müavini), Rauf Əliyev, Rafiq Beybutov və Vəfa Bəkərova isə növbəti beş il müddətinə İcra Komitəsinin üzvləri kimi təsdiq ediliblər.

İclasda "İntizam Qaydaları", "Etika Qaydaları", habelə "Gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması Qaydaları" müzakirə olunaraq qəbul edilib. Belə ki, Mahir Rəfiyev, Elşad Nərimanov və Ruslan Mirzəzadə Nəzarət-Təftiş Komissiyasının üzvləri; Nazim Rəcəbov, Aytac Qasımova, Elmar Cəlilov, Namiq Əliyev və Jalə Əhmədova İntizam Komissiyasının üzvləri; Xaqani Məmmədov, Elçin Usub və Rəşad Axundov isə Apellyasiya Komissiyasının üzvləri seçiliblər.

Sonda 2025-ci ildə mötəbər yarışlarda yüksək nəticələr əldə etmiş idmançılar xatirə medalları ilə təltif olunublar

Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq
Cəmiyyət 18:25
Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq


Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər
Cəmiyyət 17:12
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər
Baş nazir Bakıda 2 bağın birləşməsi ilə bağlı qərar imzalayıb
Cəmiyyət 15:47
Baş nazir Bakıda 2 bağın birləşməsi ilə bağlı qərar imzalayıb
Fransaya casusluqda ittiham olunan Fransa vətəndaşı azadlığa buraxılıb
Cəmiyyət 15:27
Fransaya casusluqda ittiham olunan Fransa vətəndaşı azadlığa buraxılıb
“MyShops”dan “Nothing” smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan!
Cəmiyyət 14:56
“MyShops”dan “Nothing” smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan!
Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 14:52
Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
"Azərkosmos" kiçik peyklərin sınağı üçün Termal-Vakuum Kamerası istehsal edib
Cəmiyyət 14:49
"Azərkosmos" kiçik peyklərin sınağı üçün Termal-Vakuum Kamerası istehsal edib
Azərbaycanda sifilisə yoluxma göstəricisi 15 ildə təxminən dörd dəfə artıb
Cəmiyyət 14:37
Azərbaycanda sifilisə yoluxma göstəricisi 15 ildə təxminən dörd dəfə artıb
Əfv sərəncamının icrasına başlanılıb
Cəmiyyət 14:19
Əfv sərəncamının icrasına başlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol