NetBlocks: İranda internet 10 gündür faktiki olaraq kəsilib
İranda internetə çıxış artıq 10 gündür ciddi şəkildə məhdudlaşdırılıb. Bu barədə Beynəlxalq internet monitorinq xidməti NetBlocks bildirir.
Qurumun açıqlamasına görə, 216 saatdan sonra ölkədə internet sürəti normal səviyyənin təxminən 1%-i həddində qalır. Regional gərginlik fonunda təxminən 90 milyon iranlı hökumətin tətbiq etdiyi məhdudiyyətlər səbəbindən qlobal internetə çıxışdan məhrumdur.
NetBlocks-un məlumatına görə, ABŞ və İsrailin İrana hücumlarının başladığı 28 fevraldan sonra ölkədə internet trafiki kəskin azalaraq təxminən 1% səviyyəsinə düşüb və bu vəziyyət davam edir.
Bildirilib ki, hücumlar mobil rabitədə də fasilələrə səbəb olub.
Qurumun məlumatına əsasən, məhdudiyyətlər fonunda İran ictimaiyyətinin böyük hissəsi internetdən istifadə edə bilməsə də, rəsmi qurumlar və dövlət mediası internetə çıxışı qoruyub saxlayır.