İrandan Türkiyəyə raket atıldı
Türkiyənin Milli Müdafiə Nazirliyi İrandan buraxıldığı müəyyən edilən və ölkənin hava məkanına doğru istiqamətlənən ballistik raketin NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, raket İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyəyə doğru hərəkət edərkən aşkarlanıb və Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun müdafiə vasitələri tərəfindən vaxtında məhv edilib.