ABŞ Adana Konsulluğundakı əməkdaşlarını təxliyə edir
ABŞ Dövlət Departamenti təhlükəsizlik təhdidləri səbəbindən Türkiyənin Adana şəhərindəki ABŞ Baş Konsulluğundan vacib olmayan diplomatik personalın və onların ailə üzvlərinin təxliyə edilməsinə göstəriş verib.
ABŞ rəsmiləri Türkiyənin cənub-şərqində yaşayan və ya səfərdə olan Amerika vətəndaşlarına bölgəni mümkün qədər tez tərk etməyi tövsiyə edib.
Məlumata görə, Adanadakı ABŞ Baş Konsulluğu təhlükəsizlik səbəbilə bütün konsulluq xidmətlərini müvəqqəti dayandırıb. ABŞ vətəndaşlarına konsulluq yardımı üçün Ankaradakı ABŞ səfirliyinə və ya İstanbuldakı ABŞ Baş Konsulluğuna müraciət etmələri tövsiyə olunur.