• $
  • €
  • ₽
  • ₺
  • £

Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək


Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək
12.03.2026 13:14

Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək. 

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 523-1-ci maddədə əksini tapıb. 

Layihəyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimələnəcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Həkim qəbuluna onlayn növbə üçün ödəniş tələb olunur?- Rəsmi açıqlama
Cəmiyyət 14:18
Həkim qəbuluna onlayn növbə üçün ödəniş tələb olunur?- Rəsmi açıqlama
Bakının bir sıra küçələrində bu gündən hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 13:36
Bakının bir sıra küçələrində bu gündən hərəkət məhdudlaşdırılacaq
İqtisadçı-ekspert Pərviz Heydərov 54 yaşında vəfat edib
Cəmiyyət 13:30
İqtisadçı-ekspert Pərviz Heydərov 54 yaşında vəfat edib
Sabah rayonlara yağış yağacaq - proqnoz
Cəmiyyət 12:52
Sabah rayonlara yağış yağacaq - proqnoz
Azərbaycanda ürək xəstəliklərindən ölənlərin sayı artıb- STATİSTİKA
Cəmiyyət 12:35
Azərbaycanda ürək xəstəliklərindən ölənlərin sayı artıb- STATİSTİKA
“AzerGold”da yeni sektor müdiri təyin edilib
Cəmiyyət 12:15
“AzerGold”da yeni sektor müdiri təyin edilib
Tələbə qızları şantaj və zorakılığa məruz qoyan müəllimə 11 il həbs cəzası verildi - təfərrüat
Cəmiyyət 12:07
Tələbə qızları şantaj və zorakılığa məruz qoyan müəllimə 11 il həbs cəzası verildi - təfərrüat
Bakıda 4 milyon manatdan çox dəyəri olan brilyant qaşlar aşkarlanıb
Cəmiyyət 11:58
Bakıda 4 milyon manatdan çox dəyəri olan brilyant qaşlar aşkarlanıb
Keçmiş nazir Səlim Müslümov universitetə qayıdıb
Cəmiyyət 11:35
Keçmiş nazir Səlim Müslümov universitetə qayıdıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol