• $
  • €
  • ₽
  • ₺
  • £

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub



Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
12.03.2026 14:43

 

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edib.

Bu barədə DİMdən məlumat verilib.

imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri fevralın 17-də olan olunub. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri daxil olmaqla yekun imtahan balı təqdim olunub. İştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 olmaqla, ümumilikdə 100 bal toplaya bilərlər.

Bakalavrlar yekun imtahan balı ilə buradantanış ola bilərlər. Yekun nəticələr haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.

İmtahanda 1 nəfər 96 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.

Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək).

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 17 mart 2026-cı il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 13 mart saat 10:00-dan 15 mart saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Həkim qəbuluna onlayn növbə üçün ödəniş tələb olunur?- Rəsmi açıqlama
Cəmiyyət 14:18
Həkim qəbuluna onlayn növbə üçün ödəniş tələb olunur?- Rəsmi açıqlama
Bakının bir sıra küçələrində bu gündən hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 13:36
Bakının bir sıra küçələrində bu gündən hərəkət məhdudlaşdırılacaq
İqtisadçı-ekspert Pərviz Heydərov 54 yaşında vəfat edib
Cəmiyyət 13:30
İqtisadçı-ekspert Pərviz Heydərov 54 yaşında vəfat edib
Sabah rayonlara yağış yağacaq - proqnoz
Cəmiyyət 12:52
Sabah rayonlara yağış yağacaq - proqnoz
Azərbaycanda ürək xəstəliklərindən ölənlərin sayı artıb- STATİSTİKA
Cəmiyyət 12:35
Azərbaycanda ürək xəstəliklərindən ölənlərin sayı artıb- STATİSTİKA
“AzerGold”da yeni sektor müdiri təyin edilib
Cəmiyyət 12:15
“AzerGold”da yeni sektor müdiri təyin edilib
Tələbə qızları şantaj və zorakılığa məruz qoyan müəllimə 11 il həbs cəzası verildi - təfərrüat
Cəmiyyət 12:07
Tələbə qızları şantaj və zorakılığa məruz qoyan müəllimə 11 il həbs cəzası verildi - təfərrüat
Bakıda 4 milyon manatdan çox dəyəri olan brilyant qaşlar aşkarlanıb
Cəmiyyət 11:58
Bakıda 4 milyon manatdan çox dəyəri olan brilyant qaşlar aşkarlanıb
Keçmiş nazir Səlim Müslümov universitetə qayıdıb
Cəmiyyət 11:35
Keçmiş nazir Səlim Müslümov universitetə qayıdıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol