• $
  • £

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub
03.04.2026 20:00

Aprelin 3-də Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub. İnfoturda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, nazirliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, jurnalist və blogerlər, eləcə də digər qonaqlar iştirak ediblər.

İnfoturun məqsədi peşə təhsili sahəsində həyata keçirilən yeniliklərin, regionlarda müasir tədris imkanlarının və peşə təhsili alan tələbələr üçün yaradılmış şəraitin ictimaiyyətə daha geniş təqdim edilməsi, eləcə də peşə təhsilinin təşviqi, bu sahəyə marağın artırılmasından ibarətdir. 

İnfotur çərçivəsində iştirakçılar mərkəzdə yaradılmış maddi-texniki baza, tədris emalatxanaları, laboratoriyalar, maldarlıq ferması ilə tanış olublar. Bu çərçivədə tələbələrin qazandıqları bacarıqlar, onların real iş mühitinə hazırlanması və peşə təhsilinin tətbiq yönümlü xarakteri əyani şəkildə nümayiş etdirilib. 

Qeyd edilib ki, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi də regional inkişaf proqramından irəli gələrək bölgədə gənclərin peşə bacarıqlarına yiyələnməsinə yeni imkanlar yaradır. Ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir.

Əlavə edilib ki, Peşə Təhsil Mərkəzində qənnadçı, şirniyyatçı, dərzi, kompüterlərin təmiri və xidməti üzrə texnik, mühasibat uçotu, qrafik dizayner, veb-dizayn və proqram təminatı, çilingər-santexnik, geniş profilli traktorçu-maşinist, elektrik montyoru, bərbər-vizajist-manikürçü, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, mebel ustası istiqamətləri üzrə mütəxəssis hazırlığı aparılır. Müəssisədə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, bitkiçilik, heyvandarlıq və baytarlıq üzrə mütəxəssislər də hazırlanır. 

İnfotur zamanı iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
Cəmiyyət 23:30
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
İmişlidə zəlzələ olub
Cəmiyyət 23:01
İmişlidə zəlzələ olub
Biləsuvar və Cəlilabadın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 22:50
Biləsuvar və Cəlilabadın bəzi kəndlərində işıq olmayacaq
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Cəmiyyət 22:47
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:16
Sabah bu ərazilərdə qaz olmayacaq
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır
Cəmiyyət 18:30
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır
Bakı metrosundan ötən gün 605 min sərnişin istifadə edib
Cəmiyyət 18:24
Bakı metrosundan ötən gün 605 min sərnişin istifadə edib

Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Cəmiyyət 17:43
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub

Şahin Mustafayev yenidən Stolüstü Tennis Federasiyasının prezidentiseçilib
Cəmiyyət 17:18
Şahin Mustafayev yenidən Stolüstü Tennis Federasiyasının prezidentiseçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol