• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub
03.04.2026 15:38

Aprelin 3-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub. İnfoturda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, nazirliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, jurnalist və blogerlər, eləcə də digər qonaqlar iştirak ediblər. 

İnfoturun əsas məqsədi peşə təhsili sahəsində həyata keçirilən islahatlar, regionlarda müasir peşə tədrisi imkanları və tələbələr üçün yaradılmış şəraitlə yaxından tanışlığın təmin edilməsidir.

İnfotur iştirakçıları əvvəlcə mərkəzin maddi-texniki bazası və tədris mühiti ilə tanış olublar. İnfotur iştirakçılarına məlumat verilib ki, müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları yaradılıb. Burada, eyni zamanda, informatika kabinetləri, müasir sinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana fəaliyyət göstərir. Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidənqurmadan sonra korpusların sayı 7-yə çatdırılıb.
 

2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.

Mərkəzdə yeni maddi-texniki baza formalaşdırılandan sonra bir çox müasir ixtisaslar, o cümlədən elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı, kibertəhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma, binaların tikintisi və istismarı, elektrik xətlərinin, günəş panellərinin quraşdırılması və təmiri üzrə mütəxəssis və texnik ixtisasları tədris olunur.
 
Burada tələbələrə ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili pillələri üzrə biliklər verilir. 
 

İnfoturun davamında müxtəlif ixtisas istiqamətləri üzrə təşkil olunmuş master-klasslar izlənilib. Bu çərçivədə bitkiçilik (istixana şəraitində təlim), açıq havada təşkil olunan dərs prosesi, sinifdaxili tədris nümunələri, hərbi və idman hazırlığı, eləcə də dərzi, bərbər, geyim üzrə dizayner, aşpaz və qənnadçı ixtisasları üzrə tələbələrin praktiki məşğələləri nümayiş etdirilib. 

İştirakçılar tədris prosesinin praktiki yönümlülüyü, tələbələrin real iş mühitinə uyğun bacarıqlar qazanması və peşə təhsilinin müasir yanaşmalar əsasında təşkili ilə yerində tanış olmaq imkanı əldə ediblər. 

İnfotur çərçivəsində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə tərəfindən “Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda təqdimat edilib. Təqdimatda peşə təhsilinin əlçatanlığının təmin edilməsi, yenilənən infrastruktur, peşə təhsilində tədrisin məzmunu və təhsilverənlərin peşəkar inkişafı, rəqəmsallaşan peşə təhsili, peşə təhsilində yeni maliyyələşmə modeli kimi yanaşmalar barədə ətraflı məlumat verilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Cəmiyyət 18:04
Sumqayıtda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Bakıda özəl uşaq bağçasında zorakılıq iddiası ilə bağlı cinayət işi başlanıb - video
Cəmiyyət 17:18
Bakıda özəl uşaq bağçasında zorakılıq iddiası ilə bağlı cinayət işi başlanıb - video
Prezident kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxsləri təltif edib - sərəncam
Cəmiyyət 16:17
Prezident kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxsləri təltif edib - sərəncam
Ötən il 60 yaşdan yuxarı neçə nəfər ailə qurub? - statistika
Cəmiyyət 16:03
Ötən il 60 yaşdan yuxarı neçə nəfər ailə qurub? - statistika
Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb
Cəmiyyət 15:25
Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb
SatAnar Korporativ Satış Kursuna qeydiyyat elan edilir
Cəmiyyət 15:03
SatAnar Korporativ Satış Kursuna qeydiyyat elan edilir

Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 15:01
Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa olunur
Cəmiyyət 14:08
Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa olunur
Bağçada direktorun azyaşlıya qarşı fiziki zorakılığı ilə bağlı cinayət işi başlanıb
Cəmiyyət 13:46
Bağçada direktorun azyaşlıya qarşı fiziki zorakılığı ilə bağlı cinayət işi başlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol