• $
  • £

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
04.04.2026 09:58

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Bildirilib ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək tövsiyə olunur.

Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Nazirlik qeyd edib ki, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq lazımdır.Hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarında qısamüddətli sel və daşqın hadisələrinin baş verəcəyi, intensiv və arabir güclənən yağışların Bakıətrafı subasmaya meyilli ərazilərə təsir göstərəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Cəmiyyət 14:22
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
Temperatur düşəcək, yağış yağacaq - Proqnoz
Cəmiyyət 13:10
Temperatur düşəcək, yağış yağacaq - Proqnoz
Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Cəmiyyət 12:56
Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
İranda 4 bal gücündə zəlzələ baş verib
Cəmiyyət 10:47
İranda 4 bal gücündə zəlzələ baş verib
Aminin meyiti tapılıb
Cəmiyyət 10:22
Aminin meyiti tapılıb
İspaniyada terror əməliyyatları güclənib: 117 nəfər saxlanılıb
Cəmiyyət 09:55
İspaniyada terror əməliyyatları güclənib: 117 nəfər saxlanılıb
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq - Vüqar Bayramov
Cəmiyyət 23:51
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq - Vüqar Bayramov
Sarayda zəncirvari qəza olub
Cəmiyyət 22:53
Sarayda zəncirvari qəza olub
Goranboyda evdən 18 yaşlı qızın meyiti tapılıb
Cəmiyyət 22:04
Goranboyda evdən 18 yaşlı qızın meyiti tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol