• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir Qazaxıstanda "Study in Azerbaijan" beynəlxalq təhsil sərgisi ilə tanış olub

Nazir Qazaxıstanda "Study in Azerbaijan" beynəlxalq təhsil sərgisi ilə tanış olub
07.04.2026 18:45

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərinə səfər çərçivəsində Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində keçirilən Azərbaycan ali təhsil müəssisələrinin "Study in Azerbaijan" beynəlxalq təhsil sərgisi ilə tanış olub.Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Nümayəndə heyəti universitet stendlərinə baxış keçirib, sərgi çərçivəsində Azərbaycanın müxtəlif ali təhsil müəssisələri tərəfindən təqdim olunan təhsil proqramları, beynəlxalq əməkdaşlıq imkanları və tələbələr üçün mövcud təqaüd imkanları barədə ətraflı məlumat diqqətə çatdırılıb.

Daha sonra nümayəndə heyəti Farabi Hub İnnovasiya Mərkəzində mövcud şəraitlə tanış olublar. Ziyarət zamanı nümayəndə heyətinə mərkəzin fəaliyyəti, eləcə də innovasiya və texnologiya yönümlü layihələr barədə ətraflı məlumat təqdim olunub. Tanışlıq çərçivəsində mərkəzin müasir laboratoriyalarına da baxış keçirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda özəl uşaq bağçasında zorakılıq iddiası ilə bağlı cinayət işi başlanıb - video
Cəmiyyət 17:18
Bakıda özəl uşaq bağçasında zorakılıq iddiası ilə bağlı cinayət işi başlanıb - video
Prezident kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxsləri təltif edib - sərəncam
Cəmiyyət 16:17
Prezident kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxsləri təltif edib - sərəncam
Ötən il 60 yaşdan yuxarı neçə nəfər ailə qurub? - statistika
Cəmiyyət 16:03
Ötən il 60 yaşdan yuxarı neçə nəfər ailə qurub? - statistika
Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb
Cəmiyyət 15:25
Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb
SatAnar Korporativ Satış Kursuna qeydiyyat elan edilir
Cəmiyyət 15:03
SatAnar Korporativ Satış Kursuna qeydiyyat elan edilir

Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 15:01
Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa olunur
Cəmiyyət 14:08
Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa olunur
Bağçada direktorun azyaşlıya qarşı fiziki zorakılığı ilə bağlı cinayət işi başlanıb
Cəmiyyət 13:46
Bağçada direktorun azyaşlıya qarşı fiziki zorakılığı ilə bağlı cinayət işi başlanıb
Ağdam şəhərinə köç olub
Cəmiyyət 13:36
Ağdam şəhərinə köç olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol