• $
  • €
  • ₽
  • ₺
  • £

“Neftçi” və “Qarabağ”dan azarkeşlərinə müraciət

“Neftçi” və “Qarabağ”dan azarkeşlərinə müraciət
25.04.2026 16:29

Aprelin 26-sı və 30-da Azərbaycan Premyer Liqası çərçivəsində üz-üzə gələcək “Neftçi” və “Qarabağ” klubları birgə bəyanat yayıblar.

Bəyanatda hər iki komandanın azarkeşlərinə müraciət ünvanlanıb.

“Futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir.

Ölkənin iki ən titullu klubunun mübarizəsi həmişə ictimaiyyət, kütləvi informasiya vasitələri və futbolsevərlərin diqqət mərkəzində olub. Qarşıdakı iki oyunun da eyni marağa səbəb olacağına heç bir şübhə yoxdur.

Əzəli rəqiblərin təxminən 35 ildir davam edən rəqabəti ərzində azarkeşlər çoxsaylı parlaq oyunlara, gözəl qollara, meydanda barışmaz mübarizəyə şahidlik ediblər. Budəfəki qarşılaşmalar da bizə həyəcanlı anlar, bənzərsiz emosiyalar və əsl futbol şousu vəd edir.

Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. “Qarabağ” və “Neftçi” olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq.

Unutmayaq ki, futbol milyonlarla insanın mənəvi qidası olmaqla yanaşı, sadəcə bir oyundur. Meydana çıxan iki komandadan birinin o meydanı sevinc, digərinin isə kədərlə tərk etdiyi bir oyunda meydanda baş verənlər elə meydanda da qalmalıdır. Hər birimizə yaraşan isə Azərbaycanın ən maraqla gözlənilən qarşılaşmasında etik çərçivələri aşmamaq, yüksək peşəkarlıq və rəqiblərə ehtiram göstərməkdir.

Hər iki klub oyunun dostluq əhval-ruhiyyəsində, gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edir və azarkeşləri stadiona dəvət edir.

Azərbaycan futbolu qələbə qazansın!”, - bəyanatda bildirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub
İdman 22:00
Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub
Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - Yenilənib
İdman 21:55
Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - Yenilənib

Azərbaycanlı şahmatçı Fransa çempionu olub
İdman 12:45
Azərbaycanlı şahmatçı Fransa çempionu olub
“Formula-1” Qran-prilərin məsafəsini 15 kilometr azaldacaq
İdman 09:19
“Formula-1” Qran-prilərin məsafəsini 15 kilometr azaldacaq
"Sabah"ın Çempionlar Liqasındakı ev oyunları üçün vahid biletlər satışda
İdman 19:50
"Sabah"ın Çempionlar Liqasındakı ev oyunları üçün vahid biletlər satışda
İsgəndər Cavadov fəxri diplomla təltif edilib
İdman 14:10
İsgəndər Cavadov fəxri diplomla təltif edilib

Futbol üzrə Azərbaycan Kubokununpüşkü atılıb
İdman 14:19
Futbol üzrə Azərbaycan Kubokununpüşkü atılıb
AFFA-da yeni təyinatlar
İdman 23:00
AFFA-da yeni təyinatlar
Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
İdman 21:48
Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol